Praqada nöqtə
UEFA Konfrans Liqasının 2022-2023 mövsümünün qalibi bəlli olub. Novator.az bildirir ki, Praqanın ev sahibliyi etdiyi 7 iyun finalında “Fiorentina” ilə qarşılaşan “Vest Hem” üstün gəlib – 2:1. 2021-ci ildən keçirilən turnirin ilk qalibi “Roma”dır.
Messi Avropadan getdi
Futbol ulduzu Lionel Messi karyerasını ABŞ-ın “İnter Mayami” komandasında davam etdirəcək. Rəsmi məlumat iyunun 7-si axşam yayılıb. Novator.az bildirir ki, 1987-ci il iyunun 24-ü Argentinanın Rosario şəhərində doğulan Lionel Messi ilk futbol dərslərini ölkəsinin “Qrandoli” və “Nyuells Old Boyz” koma...
Numan Kurtulmuş parlament sədri seçildi
İyunun 7-də Türkiyənin yeni parlamentinə sədr seçkisi keçirilib. Novator.az-ın məlumatına görə, gizli səsvermənin üçüncü turunda Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyasının ortaq namizədi Numan Kurtulmuş 321 səslə qalib gəlib. 1959-cu il təvəllüdlü Numan Kurtulmuş Ədalət və İnki...
Türkiyə parlamentində mandat bölgüsü
Türkiyə Böyük Millət Məclisi partiyaların mandat bölgüsünü açıqlayıb. Novator.az bildirir ki, mayın 14-də seçilmiş 600 nəfərlik parlamentdə Ədalət və İnkişaf Partiyası 267 mandatla göstərilir. Cümhuriyyət Xalq Partiyasının 130, Yaşıllar və Sol Gələcək Partiyasının 57, Milliyyətçi Hərəkat Partiyasını...
Şövkət Mirziyayevin üç rəqibi var
İyunun 7-si Özbəkistanda növbədənkənar prezident seçkisinin təşviqat kampaniyası başlayıb. Novator.az bildirir ki, iyulun 9-na təyin olunmuş seçkidə dörd iddiaçı yer alır: dövlət başçısı, Liberal Demokrat Partiyasının namizədi Şövkət Mirziyayev, Xalq Demokrat Partiyasının namizədi Uluqbəy İnayətov, ...
Zamin Salayev təcridxanaya qaytarılıb
Məhbus cəbhəçi Zamin Salayev iyunun 6-da Penitensiar Xidmətin Müalicə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına qaytarılıb. Novator.az-a bu barədə məlumat verən vəkil Nemət Kərimli deyib ki, Zamin Salayev aclıq aksiyası müddətində 50 kiloqramadək çəki itirərək çox zəifləyib: “Ayaqlarında şişkinlik...
BMT Təhlükəsizlik Şurasına yeni üzvlər seçilib
BMT Baş Məclisi iyunun 6-da Təhlükəsizlik Şurasının 5 qeyri-daimi üzvünü seçib: Əlcəzair, Syerra-Leone, Cənubi Koreya, Qayana, Sloveniya. Novator.az bildirir ki, bu ölkələr 2024-cü ildən Qana, Qabon, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və Albaniyanı əvəzləyəcək. 1945-ci ildə yaradılan BMT 193 ölkə...
“Avroviziya 2024”ə razılıq verənlər
İyunun 7-dək 14 ölkə “Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsində iştirakını təsdiqləyib: Almaniya, Danimarka, Finlandiya, İrlandiya, İslandiya, İspaniya, İsrail, İsveç İtaliya, Kipr, Lüksemburq, Malta, Niderland, Norveç. Yarışa İsveç ev sahibliyi edəcək. Novator.az bildirir ki, ictimai teleradi...
7 iyun qiyməti
Energetika Nazirliyinin 7 iyun məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 78,56 dollara satılır. 2023-cü ilin dövlət büdcəsində bir barrel neft 50 dollardan götürülüb, “AzəriLayt” yanvara 87,99, fevrala 87,53, marta 85,01, aprelə 81,88, maya 79,04, iyuna 75,05 dollarla başlayıb...
Ekspertdən bina replikası
İyunun 6-sı Bakının Xətai rayonunda Kənd Təsərrüfatı Nazirliyinin yeni inzibati binası istifadəyə verilib. 500-ə yaxın şəxsin fəaliyyəti üçün nəzərdə tutulan binada 215 otaq, Elektron İdarəetmə Mərkəzi üçün xüsusi otaq, konfrans və iclas zalları var. Vətəndaş cəmiyyəti eksperti, iqtisadçı Samir Əliy...
Hansı partiyalar dəstədən çıxıb?
2023-cü ildə 23 siyasi partiya fəaliyyətinə son verdiyini bəyan edib: Aydınlar Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası, Azərbaycan Kommunist Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Respublikaçı...
…Hansısa cinayət işi
Məhbus ictimai-siyasi fəal Bəxtiyar Hacıyevin dostu Rail Abbasov “Turan”a açıqlama verib. O deyib ki, iyunun 6-sı səhər saat 8-dən Bakıdakı evində axtarış aparılıb, kompüter, sənədlər, mobil telefonlar götürülüb, həmçinin avtomobili axtarışa məruz qalıb. Rail Abbasovun sözlərinə görə, Bəxtiyar Hacıy...
Lirə enişdədir
Azərbaycan Mərkəzi Bankı iyunun 7-də 100 Türkiyə lirəsini 7 manat 59 qəpiyə satır. Ay 8 manat 19 qəpiklə start götürmüşdü. Novator.az bildirir ki, 100 Türkiyə lirəsi 2021-ci ilə 22 manat 91 qəpiklə başlayıb, ili 13 manat 29 qəpiklə yola salıb. 2022-ci il 9 manat 9 qəpiklə bitib. 2023-cü ilin siftə m...
1,7 manatın 5 il 3 ayı
Mərkəzi Bank iyunun 7-də ABŞ dollarının kursunu 1,7 manat həddində saxlayıb, bununla qiymət sabitliyinin 5 il 3 ayı tamam olub. 2015-2017-ci illərdə rəsmi məzənnəsi 0,7844 manatdan 1,7001 manata yüksələn dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur. Manat valyuta hərraclarında qo...
Ermənistanın turizm statistikası
2023-cü ilin yanvar-may aylarında Ermənistana 806 mindən çox turist baş çəkib. Onların 52 faizi rusiyalı, 12 faizi gürcüstanlı, 6 faizi iranlıdır. İlk onluqda sonrakı yerləri ABŞ, Ukrayna, Hindistan, Fransa, Almaniya, Belarus və Çindən ziyarətçilər tutur. Novator.az-ın məlumatına görə, hesabatı yaya...
Kənd Təsərrüfatı Nazirliyinin yeni binası
İyunun 6-sı Bakının Xətai rayonunda Kənd Təsərrüfatı Nazirliyinin yeni inzibati binası istifadəyə verilib. AZƏRTAC bildirir ki, prezident İlham Əliyev açılışda iştirak edib. Arayışa görə, Nəcəfqulu Rəfiyev və Süleyman Vəzirov küçələrinin kəsişməsində ucaldılan bina nazirliyin aparatı, Aqrar Kredit v...
Bəxtiyar Hacıyev axtarışları
İyunun 6-da məhbus ictimai-siyasi fəal Bəxtiyar Hacıyevin Bakıdakı evində axtarış aparılıb, kompüter və sənədlər götürülüb. “Turan”ın məlumatına görə, onun Gəncədəki ata evi, qardaşının Göygöl şəhərindəki evi də axtarışa məruz qalıb. Hər iki evdən yaddaşında fotolar olan disk və kartların götürüldüy...
İşgəncələr məbədi: Şuşa həbsxanası
Tanınmış telejurnalist Mübariz Əsgərovun “İşgəncələr məbədi: Şuşa həbsxanası” filmi erməni əsirliyində olmuş üç nəfərin taleyindən bəhs edir.
Büdcə zərfi yenilənir
Milli Məclisin 6 iyun iclasında 2023-cü ilin büdcə zərfinə dəyişikliklər ilk oxunuşdan keçib. Novator.az bildirir ki, yenilənmiş dövlət büdcəsində 33 milyard 779,5 milyon manat gəlir, 36 milyard 568,8 milyon manat xərc nəzərdə tutulur. Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsində gəlirlər və...
İnflyasiya rekordçuları
Tradingeconomics.com saytı inflyasiya reytinqi yayıb. 2023-cü ilin aprelinə aid reytinq Venesuelada qiymət artımını bir il öncənin eyni ayına nəzərən 426 faiz, Livanda 350 faiz, Argentinada 115 faiz, Zimbabvedə 102 faiz göstərir. Novator.az bildirir ki, hesabata görə, Surinamda 66,7 faiz, Misirdə 54...