Milli Məclisin 6 iyun iclasında 2023-cü ilin büdcə zərfinə dəyişikliklər ilk oxunuşdan keçib.
Novator.az bildirir ki, yenilənmiş dövlət büdcəsində 33 milyard 779,5 milyon manat gəlir, 36 milyard 568,8 milyon manat xərc nəzərdə tutulur.
Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsində gəlirlər və xərclər 6 milyard 267 milyon 970 min manata, işsizlikdən sığorta fondunun 2023-cü il büdcəsində gəlirlər və xərclər 217 milyon 668,3 min manata qaldırılır.