Qadını kimlər öldürür?
BMT qadınlara qarşı zorakılıq mövzulu yeni hesabat yayıb. Novator.az bildirir ki, hesabata görə, 2017-ci ildə öldürülən 87 min qadının 50 minə qədəri öz yaxınlarının zorakılığının qurbanı olub. Afrikada hər 100 min qadının 3,1 nəfərin, Amerikada 1,6 nəfərin, Okeaniyada 1,3 nəfərin, Asiyada 0,9 nəfər...
Administrasiya tam tərkibdə
Hikmət Hacıyev xarici siyasət məsələləri şöbəsinin müdiri (eyni zamanda prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi) təyin olunandan sonra Prezident Administrasiyasının rəhbər heyəti tam formalaşıb. Novator.az bildirir ki, Ramiz Mehdiyevin rəhbərlik etdiyi Prezident Administrasiyasına Hikmə...
Jurnalist tətilinin tələbləri
Yunanıstanda jurnalistlər ölkə boyu tətil keçirir. Tətilin təşkilatçıları kütləvi informasiya vasitələri əməkdaşlarının həmkarlar ittifaqlarıdır. Novator.az-ın məlumatına görə, tətil noyabrın 27-si səhər saat 6-da başlayıb. İstər dövlət, istərsə də özəl KİV-də çalışan jurnalistlər, İctimai Televiziy...
Ali məktəblərin hazırlıq qruplarında tədris qaydası təsdiqlənib
Nazirlər Kabineti ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili qaydasını təsdiqləyib. Novator.az bildirir ki, qaydaya görə, Təhsil Nazirliyinin müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunur. Ha...
Əmək yarmarkaları hesabatı
Noyabrın 27-də rəsmi məlumat yayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, Dövlət Məşğulluq Xidməti bu il 56 rayon və şəhərdə əmək yarmarkaları keçirib. Hesabata görə, 4,1 min şəxs vakant iş yerlərinə göndəriş alıb, onların 85 faizi uyğun işlə təmin olunub. Əmək yarmarkaları zamanı ...
Neftin yeni qiymətləri
AZƏRTAC-ın 27 noyabr məlumatına görə, Azərbaycan nefti 1 dollar 88 sent bahalaşıb. “AzəriLayt” markalı neftin bir barrelinin 63,13 dollara satıldığı vurğulanır. London birjasında brent markalı neftin bir barreli 60,30 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 51,35 dollara təklif ...
Valyutaların istiqaməti
Mərkəzi Bank noyabrın 27-də avronun kursunu 1,9273 manata endirib. Novator.az-ın məlumatına görə, Gürcüstan larisi (0,6367 manat), İngiltərə funt sterlinqi (2,1783 manat), Rusiya rublu da (0,0254 manat) ucuzlaşıb. Dəyər artıran Türkiyə lirəsi banklara 0,3242 manata təklif olunur, ABŞ dollarının rəsm...
Hərbi vəziyyət haraları əhatə edir?
Ukrayna parlamenti – Ali Rada Milli Təhlükəsizlik və Müdafiə Şurasının təklifini, prezident Pyotr Poroşenkonun fərmanını nəzərə alaraq ölkənin bir hissəsində hərbi vəziyyət elan edilməsinə razılaşıb. Novator.az-ın məlumatına görə, noyabrın 26-sı axşam qəbul olunan qanunu Ali Radanın 276 deputatı dəs...
Prezident Administrasiyasının yeni şöbə müdiri
Hikmət Hacıyev Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilib. Dövlət başçısı İlham Əliyev sərəncamı noyabrın 26-da imzalayıb. Novator.az bildirir ki, administrasiyanın strukturuna görə, Hikmət Hacıyev prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi də say...
Manatla əmanət və depozitlər 23,8% artıb
Mərkəzi Bank 2018-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalı açıqlayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, 9 ayda qeyri-nağd valyuta bazarında əməliyyatların həcmi 17,7 milyard ABŞ dolları ekvivalentində olub. Əməliyyatların 84%- i ABŞ dollarında, 16%-i digər valyu...
Cəmil Həsənli: “Nə qədər gec deyil…”
Müxalifətin bir hissəsini birləşdirən Demokratik Qüvvələrin Milli Şurasının sədri, tarixçi alim Cəmil Həsənli ziyalılara müraciət edib. Azadliq.info-da yayılan müraciətdə qeyd olunur ki, bu il noyabrın 17-də, Milli Dirçəliş Gününün 30 illiyində Bakıdakı Şəhidlər xiyabanını ziyarət etmək istəyən şəxs...
İşğal zonasına nə qədər turist gəlir?
2018-ci ilin yanvar-oktyabr aylarında Dağlıq Qarabağı 27 min 89 nəfər xarici turist ziyarət edib. Novator.az-ın məlumatına görə, işğalçı Dağlıq Qarabağ rejiminin “Mədəniyyət, Gənclər və Turizm Nazirliyi” iddia edir ki, 2017-cı ilin on ayı ilə müqayisədə Dağlıq Qarabağa səfər edən xarici turistlərin ...
Rusiyanın ən yaxşı şəhərləri
Rusiya hökumətinə məxsus Maliyyə Universiteti rifah halı yüksək olan şəhərlərin siyahısını açıqlayıb. Novator.az-ın məlumatına görə, reytinq tibbi xidmətin keyfiyyəti, yol təsərrüfatının durumu, təhsil və mədəniyyətin inkişafı, mənzil-kommunal təsərrüfatının fəaliyyəti və mənzil tikintisinin həcmi k...
Ukrayna prezidenti Rusiyaya tələb qoydu
Noyabrın 26-da Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya hakimiyyətinə müraciət edib. Novator.az-ın məlumatına görə, dövlət başçısı Azov dənizində saxlanmış Ukrayna gəmilərini və dənizçilərini dərhal azad buraxmağa çağırıb. Rusiya sərhədçiləri noyabrın 25-də Ukraynanın Odessa limanından Mariupol lim...
Paşinyan seçki məzuniyyətinə çıxdı
Noyabrın 26-sı Ermənistanda növbədənkənar parlament seçkisinin təşviqat mərhələsi başlayıb. Novator.az-ın məlumatına görə, baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan təşviqatda iştirak üçün dekabrın 5-dək ödənişsiz məzuniyyətə çıxıb. O, dekabrın 9-da keçiriləcək seçkidə “Mənim addımım” blok...
Avropa meydanlarından yeni bilgilər
Almaniya milli futbol çempionatında 12-ci tur arxada qalıb. Novator.az-ın məlumatına görə, Dortmund “Borussiya”sı 30 xalla öndədir. Onu 26 xal yığan “Borussiya” (Mönhenqladbah) izləyir. “Ayntraxt” (Frankfurt) 23, “Leypsiq” 22, “Bavariya” 21 xal əldə edib. 14 turdan sonra Fransa çempionatında 42 xall...
Ən az içənlər qafqazlılardır
Rusiyada spirtli içkilərin ən çox və ən az içildiyi regionların siyahısı tərtib olunub. Siyahını “Ayıq Rusiya” federal layihəsi və Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkəti hazırlayıb. Novator.az-ın məlumatına görə, siyahı hazırlanarkən 6 meyar əsas götürülüb: alkoqoldan zəhərlənib ölə...
Neft sammitinin gündəliyi
Azərbaycanın energetika naziri Pərviz Şahbazov dekabrın 6-sı Avstriyanın paytaxtı Vyanada iri neft ixracatçılarını birləşdirən OPEK-in Nazirlər Şurasının iclasında iştirak edəcək. AZƏRTAC-ın məlumatına görə, iclasda OPEK üzrə hasilatın azaldılması ilə bağlı qərar qəbulu gözlənir. Həmçinin neft bazar...
Yeni məzənnələr
Noyabrın 26-da Türkiyə lirəsinin kursu 0,3214 manata yüksəlib. Novator.az-ın məlumatına görə, məzənnələri düşən avro banklara 1,9289, İngiltərə funt sterlinqi 2,1790, Rusiya rublu 0,0255 manata təklif olunur. Mərkəzi Bank ABŞ dollarının (1,7 manat) və Gürcüstan larisinin (0,6385 manat) rəsmi qiymətl...
Ukraynada hərbi vəziyyət rejimi tətbiq olunur
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası ölkədə hərbi vəziyyət rejimi tətbiq etmək təklifi irəli sürüb. Novator.az-ın məlumatına görə, noyabrın 25-i prezident Pyotr Poroşenkonun iştirakı ilə keçirilən iclasda qəbul olunan qərar təsdiq üçün parlamentə göndərilib. Ali Rada qərar layihəsinə noy...