• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Cəmil Həsənli: “Nə qədər gec deyil…”

  • 26 Noyabr 2018
  • Posted in Xəbər
2
SHARES
FacebookTwitterPinterest

Müxalifətin bir hissəsini birləşdirən Demokratik Qüvvələrin Milli Şurasının sədri, tarixçi alim Cəmil Həsənli ziyalılara müraciət edib. Azadliq.info-da yayılan müraciətdə qeyd olunur ki, bu il noyabrın 17-də, Milli Dirçəliş Gününün 30 illiyində Bakıdakı Şəhidlər xiyabanını ziyarət etmək istəyən şəxslərin qarşısı zor gücünə alınıb: “Söhbət heç də mənim, siyasi müxalifətin lideri Əli Kərimlinin, şəhid məzarlarına gül qoymaq istəyən yüzlərlə ziyarətçinin saxlanmasından getmir. Sözsüz ki, bizim, bizimlə birlikdə olan onlarla günahsız insanın əsassız şəkildə saxlanması, mənəvi və fiziki təzyiqlərə məruz qalması qanunsuzluqdur, haqsızlıqdır, ədalətsizlikdir, ancaq faciə deyil. Faciə vətəndaşların bu ölkəyə müstəqilliyi qazandıran şəhidlərinin məzarlarını ziyarət haqqından məhrum edilməsi və toplumun buna biganəliyidir. Faciə müstəqilliyi də, şəhidləri də dəyərdən salmağa, milli varlığımıza həqarət etməyə özündə cəsarət tapan, milli çıxarlarımızı öz əbədi hakimiyyət və korrupsiya maraqlarına tabe etdirmiş zümrənin etdikləri qarşısında bir xalq olaraq susqunluğumuzdur!

Məgər bu ölkənin taleyini düşünən beyinlər, vətənin dərdi ilə döyünən ürəklər, milli ağrıların göynərtisindən sızlayan vicdanlar tükənib?! Məgər bu ölkənin ziyalısı yoxdurmu və varsa o, dövlətimizin hansı bir dərin uçuruma, millətimizin hansı bir ağır fəlakətə sürükləndiyini görmürmü?! Ölkənin, millətin, xalqın, vətənin başı üzərində qorxunc ölüm zənginin səsini eşitmirmi?! 100 il bundan öncə xalqımızın dəryalarca qan verib qazandığı, ziyalı babalarımızın min bir əzab və əziyyət hesabına bərqərar etdiyi cümhuriyyət monarxiya təhlükəsi ilə üz-üzə dayanıb. Kimin ürəyində cümhuriyyət sevdası qalıbsa, kim özünü bu cümhuriyyətin zərrəsi hesab edirsə, hazırda payız dumanında öləziyib işartıları qalan cümhuriyyət çırağını sönməyə qoymasın. Sonra gec olacaq”.

Cəmil Həsənli yazır ki, ziyalıların xeyli hissəsi vicdanı ilə övladları arasında, namusu ilə imtiyazları arasında, işi, çörəyi, orden-medalı, prezident təqaüdü ilə ləyaqəti arasında qalıb: “Amma ölkə çökəndən, millət sərgərdan olandan, vətən yağmalanandan sonra nə vicdan tərəzisinin gözün əyən övladı xoş güzəran gözləyir, nə ictimai namus ləkəsini yumaq, nə də itirilmiş ləyaqəti bərpa etmək olur. Biz Sizi getdikcə bir ailənin girovuna çevrilən, dövlətdən çox əraziyə döndərilən bir ölkənin nicatı üçün məsuliyyət hissini nümayiş etdirməyə çağırırıq. Nə qədər gec deyil, bu vətənə, bu millətə, bu dövlətə sahib çıx, Azərbaycan ziyalısı!”

Cəmil Həsənli 1952-ci ildə Biləsuvarda anadan olub. Tarix elmləri doktorudur. Bakı Dövlət Universitetinin tarix fakültəsində müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışıb.

1993-cü ildə (aprel-sentyabr) Azərbaycan Respublikası prezidentinin müşaviri vəzifəsini tutub.

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini olub. 2000 və 2005-ci illərdə Milli Məclisin deputatı seçilib.

2013-cü ildə Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi olub.

İşğal zonasına nə qədər turist gəlir?

  • 26 Noyabr 2018

Manatla əmanət və depozitlər 23,8% artıb

  • 26 Noyabr 2018

Son materiallar

comments
ManşetXəbər

2881 şəhid, 28 itkin

comments
Dünyanın səsiXəbər

Təqdimat yenə imzalanmadı, amma Qasparyan gedir

comments
Xəbər

Elmar Hüseynovun qətlə yetirilməsinin 16 ili tamam olur

comments
ManşetXəbər

Paytaxtın işsizlik statistikası

Rəylər

Do not miss

comments
ManşetXəbər

2881 şəhid, 28 itkin

Son materiallar

comments
ManşetXəbər

2881 şəhid, 28 itkin

comments
Dünyanın səsiXəbər

Təqdimat yenə imzalanmadı, amma Qasparyan gedir

comments
Xəbər

Elmar Hüseynovun qətlə yetirilməsinin 16 ili tamam olur

comments
ManşetXəbər

Paytaxtın işsizlik statistikası

comments
Dünyanın səsiXəbər

Adam işsiz qaldıqca peyvəndə münasibəti dəyişir – Tədqiqat

comments
Xəbər

Valyuta ehtiyatı

comments
Xəbər

Azərbaycan nefti iki ayda nə qədər bahalaşıb?

comments
Dünyanın səsiXəbər

Nikola Sarkozi həbs cəzasına məhkum olunub

comments
ManşetXəbər

Manat nə qədər valyuta xırdalayıb?

comments
Xəbər

Şuranın cəzaları

comments
Xəbər

Xurma, pambıq mahlıcı, meşə fındığı

comments
Xəbər

1 mart mərasimləri

comments
Dünyanın səsiManşetXəbər

Paşinyan müqavimət qarşısında dirənir

comments
Dünyanın səsiManşetXəbər

Evdən işləmək maaşa, karyeraya təsir edə bilərmi?

comments
Dünyanın səsiXəbər

Böyük beşlikdə

comments
Dünyanın səsiXəbər

32-si bəlli

comments
ManşetXəbər

İki ayın populyar adları

comments
ManşetXəbər

Bir ilin yoluxma və itki statistikası

comments
Dünyanın səsiManşetXəbər

Dünyadakı bütün koronavirus zərrələri bir “Coca-Cola” qabına sığışar

comments
Dünyanın səsiManşetXəbər

Dünyanın azadlıq xəritəsi

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda