Xosrov bəy Sultanovun 140 illiyi qeyd edilib
Mayın 16-da Beynəlxalq Mətbuat Mərkəzində Karabakhmedia.az saytının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Xosrov bəy Sultanovun 140 illiyi münasibətilə tədbir keçirilib. Tədbirə tanınmış jurnalist İlham Tumas aparıcılıq edib. Tədbiri giriş sözü ilə Laçın rayonunun ta...
“Avroviziya 2019”: finaldakı çıxış ardıcıllığı
Mayın 18-i İsrailin Tel-Əviv şəhərində “Avroviziya 2019” mahnı müsabiqəsinin finalı keçiriləcək. Novator.az finaldakı çıxış ardıcıllığını təqdim edir: Mikela Paçe, Malta Yonida Maliçi, Albaniya “Lake Malavi” qrupu, Çexiya “Sisters” qrupu, Almaniya Sergey Lazarev, Rusiya Leonora Kolmor Yepsen, Danima...
Vərəsəlikdən məhrumetmə: Konstitusiya Məhkəməsi şərh verib
Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 1164-cü maddəsinin bəzi müddəalarının şərhinə dair qərar qəbul edib. Salyan Rayon Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciətində vəfat etməzdən öncə nikahını pozmaq barədə məhkəmədə iradə ifadəsini bildirmiş şəxsin (miras qoyanın) arvadının (ərinin) vərəsəlik...
17 may məzənnələri
Mərkəzi Bank mayın 17-də ABŞ dollarının (1,7 manat) və Rusiya rublunun (0,0263 manat) məzənnələrini sabit saxlayıb. Bir çox valyuta isə dəyər itirib. Novator.az-ın məlumatına görə, avro 1,9005, Gürcüstan larisi 0,6199, Türkiyə lirəsi 0,2798 manata düşüb (Tam siyahı). Dolların indiki qiyməti 2018-ci ...
Dövlət qulluqçusu ilə əmək müqaviləsi: nümunə təsdiqlənib
Prezident İlham Əliyev daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsini təsdiqləyib. Fərman mayın 16-da imzalanıb. Novator.az bildirir ki, müqavilə nümunəsində əmək müqaviləsinin müddəti; əmək funksiyaları; qulluq şəraitinə dair şərtlər; məvacibə dair şərtlər; əməyin...
Azərbaycan “Avroviziya” finalında
“Avroviziya 2019” mahnı müsabiqəsindəki Azərbaycan təmsilçisi Çingiz Mustafayev finala adlayıb (Mahnı). Müğənni İsrailin Tel-Əviv şəhərində keçirilən müsabiqənin ikinci yarımfinalında mübarizə aparıb. Mayın 16-da onunla bərabər bu ölkələrin təmsilçiləri finalda yarışmaq hüququ əldə ediblər: Şimali M...
Prezident: “Qərarlar bizim siyasətimizi əks etdirir”
“İdxaldan asılılığı azaltmaq bizim üçün əsas məsələlərdən biridir”. Prezident İlham Əliyev mayın 16-sı Pirallahı Sənaye Parkında “Diamed” şpris istehsalı zavodunu açarkən belə deyib. Arayışa görə, müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı zavodunun illik istehsal gücü 150 milyon şprisdir. İnv...
Qarabağ Azadlıq Təşkilatına mitinq cavabı
Bakı Şəhər İcra Hakimiyyəti Qarabağ Azadlıq Təşkilatının mayın 18-i Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (metronun “İnşaatçılar” stansiyasının yaxınlığı) keçirmək istədiyi mitinqə razılıq verməyib. “Qarabağa azadlıq!” şüarı ilə keçirilməsi nəzərdə tutulan aksiyanın təşkilatçı...
Məhbus jurnalistdən yeni xəbər var
Bakupress.az saytının təsisçisi və baş redaktoru, məhbus Şəfəq Ağacanın səhhətinin pisləşdiyi bildirilir. Şəfəq Ağacan qızı Ağabalayeva mayın 1-i Bakıda tutulub. Polisin onu paytaxtın Nərimanov rayonunda, 5 saylı xəstəxananın qarşısında narkotik satarkən tutduğu açıqlanıb. Məlumata görə, Şəfəq Ağaca...
Əmlakın qeydiyyatı: yeni statistika açıqlanıb
Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı ilə bağlı yeni hesabat yayıb. Rəsmi məlumatda çıxarışların elektron şəkildə verildiyi xatırladılır: “Elektron çıxarışlar “Elektron hökumət” portalına yerləşdirilir. Hazırda orta hesabla gün ərzində 1030-a yaxın elektron çıxarış hüquq sahib...
Zelenski dövrü gələn həftə başlayır
Ukrayna parlamenti yeni seçilmiş prezident Vladimir Zelenskinin andiçmə gününü təyin edib. Novator.az-ın məlumatına görə, Ali Radanın qərarı Vladimir Zelenskinin mayın 20-də and içərək səlahiyyətlərinin icrasına başlamasını nəzərdə tutur. Parlamentin 16 may iclasında bu qərarı 315 deputat dəstəkləyi...
Yeni prezidentin 6 rəqibi var
İyunun 9-u Qazaxıstanda növbədənkənar prezident seçkisi keçiriləcək. Novator.az-ın məlumatına görə, dövlət başçısı postu uğrunda 7 nəfər mübarizə aparır. Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev bu il martın 20-də istefa verib. O, hakim Nur Otan Partiyasının lideridir. Nur Otan Partiyası...
Rusiyalıların 65 faizi pul yığa bilmir
Rusiyanın Federal Statistika Xidmətinin hesabatına görə, 2018-ci ildə əhalinin gəlirlərlərinin yalnız 3,7%-i əmanətə yönəlib. Bu, son 20 ildə ən aşağı göstəricidir. 1998-ci ildə əhali gəlirinin 2,5%-ni əmanət şəklində saxlaya bilmişdi. Novator.az xəbər verir ki, “Levada” sorğu mərkəzi əhalinin əmanə...
Yaxın ölkələrlə alış-veriş
Novator.az Azərbaycanın yaxın ölkələrlə dörd aylıq rəsmi ticarət göstəricilərinə nəzər salıb. Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2019-cu ilin yanvar-aprel aylarında Türkiyəyə 756,9 milyon dollarlıq məhsul ixrac olunub. Gürcüstana 222,7 milyon dollarlıq, Rusiyaya 178,4 milyon dollarlıq, Ukray...
Hər adama 2,4 min manat düşür
2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanda 23 milyard 813,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Əhalinin hər nəfərinə düşən ÜDM 2411,8 manat göstərilir. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi...
“Qarabağ”ın mümkün rəqibi: “Ayaks”
Amsterdamın “Ayaks” klubu Hollandiya çempionu adını qazanıb. Novator.az bildirir ki, bu klub UEFA Çempionlar Liqasının 2019-2020 mövsümünün üçüncü ələmə raundunda Azərbaycan təmsilçisi “Qarabağ”a rəqib ola bilər. Ağdamlılar turnirə birinci mərhələdən (9-17 iyul) qoşulur. Onun mümkün rəqibləri Maltad...
Dörd ayın ixrac-idxal dinamikası
Dövlət Gömrük Komitəsi Azərbaycanın ixrac-idxal dinamikasını açıqlayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, 2019-cu ilin yanvar-aprel aylarında Azərbaycandan 7 milyard 89,9 milyon dollarlıq məhsul ixrac olunub. İdxal 4 milyard 549,4 milyon dollar həddində rəsmiləşib. Həm ixrac, həm də idxal...
Sabitlik və yüksəlişlər
Mayın 16-da ABŞ dolları (1,7 manat) və Gürcüstan larisinin (0,62 manat) rəsmi kursları dəyişməz qalıb. Bir çox valyuta isə dəyər artırıb. Mərkəzi Bank məzənnələri yüksələn avronu 1,9057, Rusiya rublunu 0,0263, Türkiyə lirəsini 0,2821 manata satır. Novator.az bildirir ki, dolların indiki qiyməti 2018...
32 ölkə, 440 şirkət, 11 qrup
Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Qida Sənayesi və Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri keçirilir. Prezident İlham Əliyev mayın 15-də sərgilərlə tanış olub. Arayışa görə, 32 ölkəni təmsil edən 440 şirkəti, eləcə də 11 milli və regional qrupu bir araya gətirən sərgilərdə Azərbay...
Dövlət-biznes reyestri: yeni fərman imzalanıb
Prezident İlham Əliyev vahid “G2B” (dövlət-biznes) elektron reyestrinin təşkili və fəaliyyətinin təmin edilməsi ilə bağlı fərman imzalayıb. Novator.az-ın məlumatına görə, mayın 15-də verilən fərmana əsasən, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin və verilən hüquqi sənəd...