Son materiallar
Xəbərlər yüklənir ...
Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi makroiqtisadi göstəricilərə dair yeni məlumat yayıb. AZƏRTAC-da yayılan xəbərə görə, 1996-cı ildən 1 yanvar 2017-ci ilədək muxtar respublikada 88 min 871 yeni iş yeri açılıb, bunun da 70 faizi daimi iş yerləri olub.
Hesabata əsasən, məşğul əhalinin sayı 1995-ci ilin sonu ilə müqayisədə 1,6 dəfə artaraq 233,5 min nəfərə çatıb.
Qeyd olunur ki, 2003-cü ildə muxtar respublikada dövlət sektorunda çalışanların sayı iqtisadiyyatda çalışanların ümumi sayının 23,4 faizini təşkil edib, 2016-cı ilin sonuna bu göstərici 17,8 faizə enib.
2016-cı ildə muxtar respublikada muzdla işləyənlərin sayı 96,4 min nəfər olub və bu göstərici 2003-cü ildəki müvafiq göstəricini 2,3 dəfə üstələyib. Muzdla işləyən işçilərin 41,5 mini iqtisadiyyatın dövlət sektorunda, 54,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Rəsmi statistikaya görə, 2017-ci ilin birinci rübündə 640 yeni iş yeri yaradılıb. Yaradılan iş yerlərinin 98 faizi daimi iş yerlərinin payına düşüb. Bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı göstəricisi 413 manatı ötüb. 1995-ci ildə bu göstərici 15,9 manat səviyyəsində olub. Hazırda bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği dövlət sektorunda 307,6 manat, qeyri-dövlət sektorunda isə 469,1 manat təşkil edir.
Novator.az bildirir ki, Dövlət Statistika Komitəsinin rəsmi hesabatına görə, 2017-ci ilin yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 499,9 manat olub.