• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Finiş yolunda

  • 18 Aprel 2025
  • comments
  • hikmet
  • Posted in Xəbər

UEFA-nın klub turnirlərində 2024-2025 mövsümü yarımfinal mərhələsinə çatıb. Mübarizəni İngiltərənin 4, İspaniyanın 3, İtaliyanın 2, Fransa, Norveç və İsveçin 1 təmsilçisi davam etdirir.

Çempionlar Liqasının finalı mayın 31-nə (Münhen), Avropa Liqasının finalı mayın 21-nə (Bilbao), Konfrans Liqasının finalı mayın 28-nə (Vrotslav) təyin olunub.

Avropa Liqasının yarımfinal cütlüklərindən birində liqa raundunda Azərbaycanın “Qarabağ” komandasına rəqib olmuş komandalar yer alır: “Tottenhem” (İngiltərə) – “Bode-Qlimt” (Norveç).

“Qarabağ” 11 mövsüm UEFA turnirlərinin əsas mərhələsində yarışıb. 6 mövsümdə onunla oynamış komanda finala çıxıb: Avropa Liqasının 2014-2015 mövsümündə “Qarabağ”la eyni qrupda yarışmış “Dnepr” (Ukrayna) finalda oynayıb; Çempionlar Liqasının 2017-2018 mövsümündə “Qarabağ”la eyni qrupda mübarizə aparmış “Atletiko” (İspaniya) Avropa Liqasına ələnərək turnirin qalibi olub; Avropa Liqasının 2018-2019 mövsümündə “Qarabağ”la eyni qrupda oynamış “Arsenal” (İngiltərə) komandası finala çıxıb; Avropa Liqasının 2019-2020 mövsümündə “Qarabağ”la eyni qrupda yer almış “Sevilya” (İspaniya) kuboku başı üzərinə qaldırıb; Avropa Liqasının 2020-2021 mövsümündə “Qarabağ”la eyni qrupda oynamış İspaniya “Vilyarreal”ı turnirin qalibi olub; Avropa Liqasının 2023-2024 mövsümündə “Qarabağ”a həm qrupda, həm də 1/8 finalda rəqib olmuş “Bayer” (Almaniya) finalda yer alıb.

Azərbaycan 55 üzvü olan UEFA-nın klub reytinqində 30-cu pillədədir. Reytinq turnirlərin son beş mövsümündə qazanılan əmsallara əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, sonrakı raundlarda qələbə 2 xal, heç-heçə 1 xaldır. Liqa mərhələsindən başlayaraq finala qədər bonus xalları da var. Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır. Azərbaycan bu mövsüm 2,875 əmsal qazanıb.

1955-ci ildən keçirilən, 1991-ci ilə qədər Çempionlar kuboku adlanmış Çempionlar Liqasında “Real” 15, “Milan” 7, “Bavariya” və “Liverpul” 6, “Barselona” 5, “Ayaks” 4, “İnter” (İtaliya) və “Mançester Yunayted” 3, “Benfika”, “Nottingem Forest”, “Yuventus”, “Portu” və “Çelsi” 2, “Seltik”, “Feyenoord”, “Aston Villa”, “Hamburq”, “Styaua”, PSV, “Srvena Zvezda”, “Marsel”, “Borussiya” (Dortmund) və “Mançester Siti” 1 titula sahibdir.

1971-ci ildən keçirilən, 2008-ci ilədək UEFA kuboku adlanmış Avropa Liqasında “Sevilya” 7, “Liverpul”, “Yuventus”, “İnter” (İtaliya) və “Atletiko” 3, “Tottenhem”, “Feyenoord”, “Borussiya” (Mönhenqladbah), “Ayntraxt” (Frankfurt), “Höteborq”, “Real”, “Parma”, “Portu” və “Çelsi” 2, PSV, “İpsviç”, “Anderlext”, “Bayer”, “Napoli”, “Ayaks”, “Bavariya”, “Şalke”, “Qalatasaray”, “Valensiya”, SSKA (Rusiya), “Zenit”, “Şaxtyor” (Ukrayna), “Mançester Yunayted”, “Vilyarreal” və “Atalanta” 1 uğur qazanıb.

2021-ci ildən keçirilən Konfrans Liqasını “Roma”, “Vest Hem” və “Olimpiakos” 1 dəfə udub.

Manatı qoruyan xərc

  • 17 Aprel 2025
  • comments

Yaxın ölkələrlə alış-veriş

  • 18 Aprel 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Xəbər

“Qarabağ”lı turnir

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda