Son materiallar
Xəbərlər yüklənir ...
Milli Məclisin 24 oktyabr iclasında “Energetika haqqında” qanun son oxunuşda qəbul edilib. Layihəyə görə, qanun energetika subyektlərinə, dövlət orqanlarına (qurumlarına) və tənzimləyiciyə, habelə enerji istehlakçılarına şamil olunur.
Energetika sahəsində bu fəaliyyət növləri həyata keçirilir: enerji resurslarının kəşfiyyatı; enerji resurslarının işlənməsi və hasilatı; enerji resurslarının emalı; enerjinin istehsalı; enerjinin saxlanılması; enerjinin nəqli (ötürülməsi); enerjinin paylanması; enerjinin idxalı və ixracı; enerjinin topdan və (və ya) pərakəndə satışı; təbii qaz və elektrik enerjisi bazarlarının fəaliyyətinin təşkili.
Təbii inhisar subyektlərinin mal, iş və xidmətləri üzrə qiymətlər (tariflər) “Təbii inhisarlar haqqında” qanuna uyğun müəyyən edilir.
Tənzimlənən qiymətlər (tariflər) müəyyən edilərkən müvafiq mal, iş və xidmətin maya dəyərinin ödənilməsi, həmin mal, iş və xidməti təchiz edən energetika subyektlərinin gəlir əldə etməsi, energetika obyektlərinin saxlanılması, yenilənməsi, bərpası xərclərinin ödənilməsi və enerji istehlakçılarının maraqlarının qorunması zərurəti nəzərə alınır.
Digər qiymətləri energetika subyektləri sərbəst şəkildə müəyyən edir.
Qanunun dərc edildiyi gündən, bəzi maddələrinin isə 2025-ci il iyulun 1-dən və 2028-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.