• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ermənistanda növbədənkənar seçki qaydası

  • 23 Sentyabr 2025
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiXəbər

2026-cı il iyunun 7-si Ermənistanda növbəti parlament seçkisi keçirilməlidir. Növbədənkənar seçkiyə gedilməsi də istisna olunmur.

Novator.az bildirir ki, azı 101 nəfərdən ibarət olan Ermənistan parlamentinin (Milli Məclis) səlahiyyət müddəti 5 ildir. 20 iyun 2021-ci ildə seçilmiş indiki qanunverici orqan 107 nəfərlikdir. Baş nazir Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyasının parlamentdə 69, müxalif qüvvələrin – sabiq prezident Robert Köçəryana bağlı Ermənistan blokunun 28, sabiq prezident Serj Sərkisyana bağlı “Qürurluyam” blokunun 6 mandatı var. 4 deputat partiyasızdır.

Partiya siyahıları üzrə (proporsional sistemlə) seçilən parlamentdə minimum üç siyasi qüvvənin təmsil olunması şərtdir. Mandatların yarıdan çoxunu alan siyasi qüvvə hökumət qura bilər.

Ermənistan Konstitusiyası növbədənkənar parlament seçkisinə də imkan verir. Ana qanuna əsasən, baş nazir istefa verdikdən sonra parlament iki həftə ərzində hökumətin yeni başçısını seçməlidir. Əks halda qanunverici orqan buraxılır, növbədənkənar parlament seçkisinə gedilir. Bu zaman həm parlament, həm də hökumət səlahiyyətlərinin icrasını davam etdirir.

Nikol Paşinyanın baş nazirliyi dövründə iki dəfə bu yola baş vurulub.

1975-ci il təvəllüdlü Nikol Paşinyan Vətəndaş Sazişi Partiyasını 2013-cü ildə yaradıb. 2017-ci ildə bu qurumun daha iki partiya ilə birgə yaratdığı “Çıxış” bloku parlamentə 9 mandat qazanıb.

2018-ci il martın 31-dən Nikol Paşinyan Ermənistanda prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı xalq hərəkatına başçılıq edib. Aprelin 9-da Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatıb. Həmin gün ölkə parlament idarə üsuluna keçdiyi üçün icra hakimiyyətinə rəhbərlik baş nazirə ötürülüb. Aprelin 17-də Serj Sərkisyan baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də xalq etirazlarına tab gətirməyərək istefa verib.

Mayın 8-dən baş nazir postuna Nikol Paşinyan keçib.

Həmin il oktyabrın 16-da Nikol Paşinyan istefa verib. İki həftə müddətində yeni baş nazir seçilmədiyi üçün parlament buraxılıb. Dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində Nikol Paşinyanın “Mənim addımım” bloku qalib gəlib və yeni hökumət qurulub.

2021-ci il aprelin 25-də Nikol Paşinyan yenidən növbədənkənar parlament seçkisi naminə istefaya gedib. İki həftə müddətində yeni baş nazir seçilmədiyi üçün parlament buraxılıb, iyunun 20-də keçirilən növbədənkənar parlament seçkisini Vətəndaş Sazişi Partiyası udaraq yeni hökumət qurub.

Çin: “məlumat qəhrəmanı”na yenə iş kəsilib

  • 23 Sentyabr 2025
  • comments

Trampın dəstəyi Bakı və Yerevana cəsarət verir ...

  • 23 Sentyabr 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Trampın dəstəyi Bakı və Yerevana cəsarət verir – ekspert

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Çin: “məlumat qəhrəmanı”na yenə iş kəsilib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Fələstini tanımayan ölkələr

GLOBALS:0
comments
Aktual 2Xəbər

“Qızıl top” almış futbolçular

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Trampın dəstəyi Bakı və Yerevana cəsarət verir – ekspert

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Trampın dəstəyi Bakı və Yerevana cəsarət verir – ekspert

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Çin: “məlumat qəhrəmanı”na yenə iş kəsilib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Fələstini tanımayan ölkələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda