2025-ci il avqustun 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 245 min 543 nəfərə çatıb. Dövlət Statistika Komitəsi bildirir ki, yanvar-iyul aylarında 54898 doğum, 34994 ölüm halı, 27509 nikah, 12146 boşanma qeydə alınıb, hər 1000 nəfərə 9,2 doğum, 5,9 ölüm, 4,6 nikah, 2 boşanma düşüb.
1000 nəfərə təbii artım (doğum-ölüm nisbəti) 3,3 nəfər göstərilir, 2024-cü ilin yanvar-iyul aylarına nəzərən doğumun 6,1 faiz, boşanmaların 4,8 faiz azaldığı, nikahların 2,2 faiz artdığı vurğulanır.