“Vision of Humanity” beynəlxalq təşkilatı qlobal sülhpərvərlik indeksini (Global Peace İndex) açıqlayıb. İndeks 23 müxtəlif göstəriciyə, daxili və xarici münaqişələr, qonşularla münasibət, siyasi dayanıqlıq, hərbi xərclərin ümumi daxili məhsula nisbəti, silah ixracı və idxalı, hüquq mühafizə orqanları əməkdaşlarının sayı kimi meyarlara əsaslanır.
Novator.az-ın məlumatına görə, 163 ölkəni əhatə edən hesabat İslandiya, İrlandiya və Yeni Zelandiyanı ən dinc ölkələr kimi göstərir.
İlk onluqda Avstriya, İsveçrə, Sinqapur, Portuqaliya, Danimarka, Sloveniya və Finlandiya da var.
Latviya və Litva siyahıda 22-ci pilləni bölüşür, Estoniya 24-cü yerdə qərar tutur.
Qazaxıstan 56-cı, Ermənistan 58-ci, Moldova 66-cı, Özbəkistan 67-ci, Qırğızıstan 78-ci, Tacikistan 79-cu, Türkmənistan 87-ci, Azərbaycan 95-ci, Gürcüstan 109-cu, Belarus 119-cu, İran 142-ci, Türkiyə 146-cı, Ukrayna 162-ci, Rusiya 163-cü pillədədir.
Mənbə: Visionofhumanity.org