Dövlət Statistika Komitəsi 2025-ci il iyulun 1-nə Azərbaycan əhalisinin sayını 10 milyon 241,7 min nəfər göstərib. Bakıda 2 milyon 353,6 min, Abşeron rayonunda 434,6 min, Sumqayıtda 427,8 min, Gəncədə 331 min, Lənkəranda 228,3 min, Masallıda 228,2 min, Cəlilabadda 220 min, Şəmkirdə 218,6 min, Şəkidə 185 min, Sabirabadda 182,4 min, Tovuzda 178,2 min, Ağdamda 176,1 min, Xaçmazda 175,7 min, Qubada 171,7 min, Bərdədə 158,1 min, Salyanda 140,6 min nəfər əhali qeydə alınıb.
Ağcabədinin 137,2 min, İmişlinin 132,7 min, Füzulinin 131,8 min, Zaqatalanın 130,7 min, Yevlaxın 130,3 min, Kürdəmirin 119,5 min, Göyçayın 119,3 min, Şərurun 113,8 min, Astaranın 113,2 min, Saatlının 111,5 min, Qəbələnin 109,8 min, Biləsuvarın 107,8 min, Ağdaşın 107,7 min, Şamaxının 106,8 min nəfər əhalisi olub.
Əhalisi 100 min nəfəri ötən başqa bölgələr belə sıralanır: Mingəçevir – 103,2 min nəfər, Qusar – 103 min nəfər, Goranboy – 102,5 min nəfər, Beyləqan – 102,3 min nəfər, Gədəbəy – 101,3 min nəfər, Balakən – 101,1 min nəfər.
Hesabata görə, avqustun 1-nə işğaldan azad edilmiş bölgələrə köçürülən, həmin ərazilərdə çalışaraq və təhsil alaraq müvəqqəti yaşayan şəxslərin ümumi sayı 53739 nəfər olub.
2020-2023-cü illərdə Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonları və Xankəndi şəhəri, 2024-cü ildə Qazax rayonunun Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı kəndləri Ermənistanın işğalından azad edilib.