• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ABŞ-da sorğu: Tramp müdrik qərarlar verə bilərmi?

  • 15 Avqust 2025
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiXəbər

ABŞ-ın “Pyu” Araşdırma Mərkəzi (Pew Research Center) əhalinin prezident Donald Trampın Rusiya – Ukrayna münaqişəsinə yanaşmasına münasibətini öyrənib. Novator.az-ın məlumatına görə, avqustun 4-dən 10-dək aparılmış sorğunun 3554 amerikalını əhatə etdiyi bəyan olunub.

Hesabata əsasən, respondentlərin 59 faizi Donald Trampın Rusiya – Ukrayna münaqişəsi üzrə müdrik qərarlar verə biləcəyinə heç inanmır və ya çox da inanmır.

Sorğuya qatılanların 33 faizi ABŞ prezidentinin Rusiyaya, 6 faizi Ukraynaya meyil etdiyini vurğulayıb, 28 faizi Donald Trampın balansı qoruduğunu qeyd edib.

2014-cü ilin fevralında Ukraynada Qərbə bağlı qüvvələr inqilab dalğasında hakimiyyətə gəlib. Rusiya dərhal ölkənin Krım yarımadasını zəbt edərək martın 18-də özünə birləşdirib, ardınca Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq işğalçı rejimlər qurub. 2022-ci il fevralın 24-də Rusiya total hərbi əməliyyatlara başlayıb, oktyabrın 5-də Donetsk və Luqansk bölgələrini, eləcə də Zaporojye və Xerson vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.

İşğalçı savaş başqa bölgələri də əhatə edib, ölkənin hər yanına havadan hücumlarla müşayiət olunur.

2017-2021-ci illərdə ABŞ-a prezidentlik eləmiş Donald Tramp 2025-ci il yanvarın 20-dən yenidən dövlət başçısıdır. Seçkidən öncə onun əsas vədlərindən biri Ukrayna müharibəsinin dayandırılması olub. Donald Tramp 2025-ci ildə rusiyalı həmkarı Vladimir Putinlə çox telefon danışığı aparsa da, onu atəşkəsə razı sala bilməyib.

Avqustun 15-də ABŞ və Rusiya prezidentləri Alyaska ştatının Ankoric şəhərində bir araya gələcəklər. Onların Ukrayna böhranından çıxış variantlarını müzakirə etməsi gözlənir.

Mənbə: Pewresearch.org

Son ələmə ərəfəsi

  • 15 Avqust 2025
  • comments

“Foks Nyus”: Azərbaycan və Ermənistan narahatlığı ...

  • 15 Avqust 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

“Foks Nyus”: Azərbaycan və Ermənistan narahatlığı səngitməyə çalışır

GLOBALS:0
comments
Xəbər

Son ələmə ərəfəsi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Litva: baş nazir kürsüsünə qadın gəlir

GLOBALS:0
comments
Xəbər

Ukrayna: idxal ixracı 18,5 milyard üstələyir

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

“Foks Nyus”: Azərbaycan və Ermənistan narahatlığı səngitməyə çalışır

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

“Foks Nyus”: Azərbaycan və Ermənistan narahatlığı səngitməyə çalışır

GLOBALS:0
comments
Xəbər

Son ələmə ərəfəsi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Litva: baş nazir kürsüsünə qadın gəlir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda