Dövlət Statistika Komitəsi “Azərbaycanda turizm” məcmuəsi yayıb. Hesabata görə, 2019-cu ildə Azərbaycana 3 milyon 170,4 min əcnəbi gəlib, 2020-ci ildə ziyarətçilərin sayı 795,7 min nəfərə, 2021-ci ildə 791,8 min nəfərə düşüb.
2022-ci ildə ölkəyə 1 milyon 602,3 min, 2023-cü ildə 2 milyon 85,8 min, 2024-cü ildə 2 milyon 626,7 min əcnəbinin qədəm basdığı bildirilir.
Sırf turizm məqsədilə gələnlərin sayı belə göstərilir: 2019-cu il – 2 milyon 863,5 min nəfər, 2020-ci il – 519,4 min nəfər, 2021-ci il – 461,7 min nəfər, 2022-ci il – 1 milyon 58,1 min nəfər, 2023-cü il – 1milyon 402,6 min nəfər, 2024-cü il – 1 milyon 855,1 min nəfər.
Rəsmi açıqlamaya əsasən, 2019-cu ildə xarici turistlər Azərbaycanda 2,9 milyard manat, 2020-ci ildə 414,7 milyon manat, 2021-ci ildə 492,6 milyon manat, 2022-ci ildə 1,3 milyard manat, 2023-cü ildə 2,4 milyard manat, 2024-cü ildə 3,4 milyard manat xərcləyib.