Dövlət Statistika Komitəsi 2025-ci il iyunun 1-nə Azərbaycan əhalisinin 49,8 faizini kişi, 50,2 faizini qadın göstərib. Hesabata görə, yanvar-may aylarında doğulan uşaqların 53,2 faizi oğlan, 46,8 faizi qızdır.
Müstəqilliyin bərpa olunduğu 1991-ci ilə Azərbaycanda hər 1000 kişiyə 1048,3 qadın düşüb.
Əhalinin siyahıya alındığı 1999-cu ildə 1000 kişiyə 1048,2 qadın, 2009-cu ildə 1021,2 qadın, 2019-cu ildə 1011 qadın rəsmiləşib.
1992-ci il 1000 kişiyə 1046,3 qadın, 1993-cü il 1043,3 qadın, 1994-cü il 1039,1 qadın, 1995-ci il 1035,8 qadın, 1996-cı il 1031,8 qadın, 1997 və 1998-ci illər 1028,4 qadınla başlayıb.
2000-ci ilə 1000 kişiyə 1045,5 qadın, 2001-ci ilə 1042,9 qadın, 2002-ci ilə 1040,2 qadın, 2003-cü ilə 1037,8 qadın, 2004-cü ilə 1035,3 qadın, 2005-ci ilə 1032,5 qadın, 2006-cı ilə 1029,9 qadın, 2007-ci ilə 1027,2 qadın, 2008-ci ilə 1024,5 qadın, 2010-cu ilə 1019,4 qadın, 2011-ci ilə 1017 qadın, 2012-ci ilə 1014,9 qadın, 2013-cü ilə 1012,7 qadın, 2014-cü ilə 1010,6 qadın, 2015-ci ilə 1008,7 qadın, 2016-cı ilə 1007,1 qadın, 2017-ci ilə 1005,6 qadın, 2018-ci ilə 1004,5 qadın, 2020 və 2021-ci illərə 1010,6 qadın, 2022-ci ilə 1009,8 qadın, 2023-cü ilə 1009,5 qadın, 2024-cü ilə 1009,2 qadın, 2025-ci ilə 1009,1 qadın düşdüyü bəyan olunub.