Prb.org-un yaydığı əhali hesabatına görə, 2024-cü ildə dünyada hər 1000 nəfərə 8 nəfər təbii artım qeydə alınıb.
Təbii artım doğulanlarla ölənlərin nisbətinə əsaslanır.
Novator.az bildirir ki, beynəlxalq statistika 2024-cü ildə Afrikada 1000 nəfərə 23, Mərkəzi Amerikada 10, Okeaniyada 8, Asiyada 7, Cənubi Amerikada 6, Karib hövzəsində 5, Şimali Amerikada 2 nəfər təbii artım düşdüyünü göstərir.
Avropada 1000 nəfərə 3 nəfər azalma rəsmiləşib.
Özbəkistanda 1000 nəfərə 21, Tacikistanda 20, Qırğızıstanda 17, Türkmənistanda 16, Qazaxıstanda 13, İranda 7, Türkiyədə 5, Ermənistanda 4 nəfər artım olub.
Litvada 1000 nəfərə 8, Latviya və Ukraynada 7, Estoniya, Moldova, Belarus və Rusiyada 4, Gürcüstanda 1 nəfər azalma qeydə alındığı xəbər verilir.
Azərbaycanın Dövlət Statistika Komitəsi 2024-ci il üzrə 1000 nəfərə 4,2 nəfər təbii artımın sənədləşdiyini bəyan edib.
Mənbə: 2024-wpds.prb.org