• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Media bayramına sözardı

  • 23 İyul 2025
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Hikmət Sabiroğlu

…Azərbaycan mətbuatının hər yubileyində eyni durum yaranır: biri qıraqda qalıb, veriləni heç sayıb təltif olunanın üstünə düşür, o biri qəzəblənir niyə filankəsi görmürlər, başqası hamını lağa qoyur. Media əhli belə bir basabasa dirənib çoxdan.

Dost-tanış, qohum-əqrəba gileylənir nə əcəb dövlət-hökumət siyahılarında adın olmur? İnandıra bilmirəm təltifdə gözüm yoxdur. Məni dəli sayırlar: necə yəni jurnalist dövlətdən-hökumətdən yalnız azad və təhlükəsiz çalışmağa imkan ummalıdır? İnanmaqları gəlmir həm 2020-ci ildə, həm də bu il mükafat (bəlkə də əməkdar jurnalist adı) imkanım olub, təqdim olunmamaq üçün minnətçi düşmüşəm. İnanmırlar. Belə bir cəmiyyətimiz var…

…Təltif olunmaq əskiklik deyil. Layiqli həmkarın haqqının tanınması sevindirir, yaddan çıxana pis olursan. Amma kaş medianın dərdi bir bu olaydı.

“Əkinçi”nin hər yubileyində baxırsan neçə dəyərli media quruluşu yoxa çıxıb. Necə könlü xoş olar jurnalistin?

Halal haqqını yenicə almış əməkdar jurnalist Xalid Kazımlı “Yeni Müsavat”ın 23 iyul sayında məhbus həmkarları yada salıb, onların azadlığı üçün səslənib. Dustaq jurnalistlərin işlərində fərqli yanaşmaya gerçəkdən ehtiyac var. Ən azı həbssiz mühakimə variantına getmək olar…

Demirəm niyə Azərbaycanda jurnalist azadlığı bu qədər geridədir, cavan uşaqların, xüsusilə qızların həbsi yer eləyir…

Hərdən köhnə yazım rastıma çıxır. Görürəm indi o yazının heç yarısına cürətim çatmaz. Çəkinirsənsə, deməli, problem var.

Hərçənd “Əkinçi”nin hər yaşı bayramdır. Təltiflər yenə olacaq, jurnalist dostlar qəm yeməsin.

Müşküllər də zamanla çözüləcək. 150 yaş mətbuat üçün elə də çox deyil.

Gürcüstanın turizm gəlirləri nə qədər artıb?

  • 23 İyul 2025
  • comments

Yaxın ölkələrlə ticarət

  • 24 İyul 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Ən dinc və bəlalı ölkələr – “Vision of Humanity”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Çin güc göstərib nə deyir? – “Röyter”

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

ABŞ-ın Qəzza planı: GREAT

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Cinpinlə Putin çiyin-çiyinə – CNN

GLOBALS:0

Tags

  • Media
  • Yazarlar

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

Ən dinc və bəlalı ölkələr – “Vision of Humanity”

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Ən dinc və bəlalı ölkələr – “Vision of Humanity”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Çin güc göstərib nə deyir? – “Röyter”

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

ABŞ-ın Qəzza planı: GREAT

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda