Yanvar-iyun aylarında Gürcüstanın turizm gəlirləri 2024-cü ilin ilk yarısı ilə müqayisədə 3,8 faiz artaraq 2 milyard dollar həddində rəsmiləşib. Novator.az-ın məlumatına görə, Milli Turizm Administrasiyası belə hesabat yayıb. Turizmdən gəlirin koronavirus pandemiyasından öncəki il – 2019-cu illə müqayisədə 35,4 faiz çox olduğu bildirilir.
Statistikaya əsasən, altı ayda İsraildən gələnlər Gürcüstanda 2024-cü ilin eyni dövrünə nəzərən 37,9 faiz, Azərbaycandan gələnlər 30,7 faiz, Səudiyyə Ərəbistanından gələnlər 18,9 faiz, Avropa İttifaqı məkanı və Böyük Britaniyadan gələnlər 12,5 faiz, Ermənistandan gələnlər 2,8 faiz çox pul xərcləyib.
Yarım ildə Gürcüstanı 3,2 milyon əcnəbi ziyarət edib, onların 2,3 milyon nəfəri turist olub. Ziyarətçilərin ilk beşliyində Rusiya, Türkiyə, Ermənistan, İsrail və Azərbaycan vətəndaşları göstərilir.
Mənbə: Gnta.ge