• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeni nəsil “Alo” demir ki… – “Business İnsider”

  • 21 İyul 2025
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetŞərh

ABŞ-ın “Business İnsider” onlayn nəşrində Z nəsli və ya zumerlər adlanan, internetə çıxış və portativ rəqəmsal texnologiya ilə böyümüş ilk sosial nəsil sayılan şəxslərlə bağlı yazı dərc olunub. Novator.az-ın məlumatına görə, yazıda bildirilir ki, 1990-cı illərin sonundan 2010-cu illərin əvvəllərinə kimi doğulmuş, haradasa 15-25 yaş arasında olanları əhatə edən bu nəslin bir sıra nümayəndələri telefon zənginə cavab verəndə “Alo” demir, ümumiyyətlə zəng edən tərəf danışmayınca səsini çıxarmır: “Z nəsli bunu nəzakətsizlik, yaxud ərincəklik yox, yeni rəqəmsal etiket, çağdaş dövrün rəqəmsal təhlükəsizlik qaydalarından biri sayır. Onların fikrincə, telefon fırıldaqçılığının geniş yayıldığı zamanda telefonuna zəng edən şəxs danışmayınca ona cavab, daha doğrusu, səsli reaksiya vermək, yəni “Alo” demək sənin əleyhinə işləyə bilər.

Kibertəhlükəsizlik mütəxəssisləri telefon fırıldaqçılarına qarşı düşünülmüş bu sadə, amma orijinal üsulu təqdir edirlər. Mütəxəssislər deyirlər ki, indiki dələduzlar səsi yazmaqla, hətta telefon zənginə cavab verəndə qarşı tərəfdən səs çıxmadığını görüb “Ali, alo” deyə-deyə istər-istəməz nəsə söyləyən adamların qısa monoloqundan sui-istifadə etməklə təhlükəli saxta zənglər quraşdıra bilirlər. Virtual şəbəkə üzrə ixtisaslaşan “NordVPN” şirkətinin texniki direktoru Marius Briedis bildirir ki, fırıldaqçıların buna imkan verən texnologiyalardan konkret cinayət əməllərində yararlandığı haqda faktlar var. Ona görə telefona zəng gələndə neytral və ya emosiyasız reaksiya vermək, yaxud ümumiyyətlə susmaq tamamilə məqbul bir davranış kimi qəbul edilir, yeni rəqəmsal davranış norması hesab olunur. Həm də nəzərə almaq lazımdır ki, bəzi avtomatlaşdırılmış zənglər (spam zənglər) yalnız qarşı tərəfdə insan səsi eşidiləndə aktivləşir. Əgər siz susub “Alo” deməsəniz, o başda robotun “dili” quruya və zəngi kəsməyə məcbur ola bilər.

Bütün bunlar göstərir ki, həqiqətən telefon zənginə cavab verəndə qarşı tərəf danışmayınca susmaq kobudluq, mədəniyyətsizlik deyil, çağdaş dövrün rəqəmsal təhdidlərindən sığortalanmağın bir yoludur, necə deyərlər, “susmaq strategiyası” düşünülmüş, praktik bir mədəniyyətdir. Bu yeni etiketə görə, birinci zəng edən danışmalı, həm də özünü tanıtmalıdır. Zumerlər hesab edir ki, danışığa təşəbbüs göstərən tərəf söhbətə birinci başlamağa borcludur. Gəlin etiraf edək ki, “Zəngi sən etmisən, əvvəlcə sən danışmalısan” prinsipi doğrudan da məntiqli səslənir”.

“Business İnsider” onu da yazır ki, messencerlər, videozənglər mühitində böyüyən bir nəslə əvvəlcədən razılaşdırılmamış zənglər artıq qeyri-adi, demək olar, həddini aşmaq kimi görünür: “Odur ki, qəfil, yəni əvvəlcədən razılaşdırılmamış zənglər yeni nəsildə dərhal şübhəyə, ehtiyatlı mövqe tutmağa gətirib çıxarır”.

Məqalədə bildirilir ki, zəngə cavab verəndə tək susan yox, “Alo” əvəzinə öz adını deyən zumerlər də var: “Onların fikrincə, bu robot zənglərinin alqoritmlərini karıxdıra bilər. Hər halda belə bir qənaətə gəlmək olar ki, vərdiş halını alan klassik “Alo” formulu sürətlə populyarlığını itirir. Yaşlı nəslə qəribə gəlməsin, bu, sadəcə rəqəmsal dövrdə yeni və ehtiyatlı nəslin düşündüyü müdafiə taktikasıdır”.

Məqalədə o da vurğulanır ki, əslində klassik “Alo” deyiminə universal, yaxud əbədi bir standart kimi baxmaq da düzgün deyil: “Bu ifadəni dillərə 1870-ci illərdə ixtiraçı alim Tomas Edison salıb”. O vaxtdan mədəni normaların xeyli dəyişdiyinə diqqət çəkən “Business İnsider” qeyd edir ki, indi “Alo” normasının dəyişməsi də təəccüb doğurmamlıdır: “Hər bir köhnə vərdiş kimi bu da nə vaxtsa sıradan çıxa bilər. Ona görə “Alo”ya toxunulmaz bir standart kimi yanaşılmamalıdır”.

Məqalədə vurğulanır: “Zəng etdiyiniz vaxt telefonu götürən adamın sükutu sizi çaşdırmamalıdır, danışmağa başlayın, kim olduğunuzu, niyə zəng etdiyinizi deyin. Bu, şübhələri dağıdacaq, qarşı tərəf robotla, dələduzla yox, insanla danışdığına əmin olacaq”.

Mənbə: Businessinsider.com

Dünyadakı idarə üsulları

  • 18 İyul 2025
  • comments

Əhali neçə yaşdadır?

  • 21 İyul 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Dünyadakı idarə üsulları

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

ABŞ: diplomatlara dilini dinc saxlamaq tapşırılıb

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsraildə hökumət böhranı təhlükəsi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ukraynada yeni baş nazir

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Gənclər
  • Texnologiya

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Dünyadakı idarə üsulları

Son materiallar

comments
Dünyanın səsiXəbər

Dünyadakı idarə üsulları

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

ABŞ: diplomatlara dilini dinc saxlamaq tapşırılıb

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsraildə hökumət böhranı təhlükəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda