2025-ci ilin əvvəlinə Azərbaycan əhalisinin 28,2 faizi 19 yaşadək, 1,2 faizi 80 və daha yuxarı yaşda şəxslər olub.
Dövlət Statistika Komitəsi 70-79 yaşlıların ümumi əhaliyə nisbətini 4,1 faiz, 60-69 yaşlıların nisbətini 10,3 faiz, 50-59 yaşlıların nisbətini 11,4 faiz göstərib.
35-49 yaşlıların əhalidə xüsusi çəkisi 23,1 faiz, 20-34 yaşlıların xüsusi çəkisi 21,7 faiz həddində rəsmiləşib.
Ölkədə kişilər 65, qadınlar 64 yaş yarımda pensiyaya çıxır.