• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ukrayna əməkçilərin 40 faizini itirib

  • 03 İyul 2025
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiXəbər

İşğala məruz qalan Ukrayna əmək qabiliyyətli əhalinin 40 faizini itirib. Novator.az-ın məlumatına görə, statistika ölkənin Milli Bankı və İqtisadiyyat Nazirliyinə istinadla açıqlanıb.

Hesabatda qeyd olunur ki, 1,7 milyon nəfərə yaxın əməkçi xaricə sığınıb. Bu amilin əmək bazarına ciddi təsir göstərdiyi, işəgötürənlərin 74 faizinin kadr çatışmazlığı çəkdiyi, iş yerlərində ümumi ştatın 15 faizə qədərinin boş qaldığı, yaşı 50-dən yuxarı şəxslərin cəmi 27 faizinin işlədiyi vurğulanır.

Açıqlamaya əsasən, Ukraynanın dövlət müstəqilliyi əldə etdiyi 1991-ci ildə 65 və daha yuxarı yaşlı şəxslərin ümumi əhalidə xüsusi çəkisi 12 faiz olub, 2021-ci ildə bu rəqəm 18 faizə, 2024-cü ildə 22 faizə yüksəlib.

Bədbin proqnozlara görə, 2041-ci ilə Ukrayna əhalisinin sayı 28,9 milyon nəfərə, 2051-ci ilə 25,2 milyon nəfərə düşə bilər.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını tutaraq özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində işğalçı rejimlər qurub.

2022-ci il fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlar aparan Rusiya oktyabrın 5-də Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.

2024-cü ilin sonuna Ukrayna əhalisinin sayı 32 milyon nəfər göstərilib. 1991-ci ildə ölkədə 52 milyon nəfər yaşayıb, Rusiyanın 2014-cü ildəki ilk təcavüzünə qədər əhalinin sayı 45 milyon nəfərə, 2015-ci ildə 42 milyon nəfərə enib, 2022-ci ildəki total təcavüzdən bəri isə daha 10 milyon nəfər azalıb.

Mənbə: Delo.ua

Gürcüstan parlamenti müxalifsiz qaldı

  • 02 İyul 2025
  • comments

Trampın həftəsi – Hüquq professoru yazır

  • 03 İyul 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Çin nəhəngi məhkəmə qarşısında

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda qiymətlər necə dəyişib?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Türkiyə bahalaşma 35 faizi ötür

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Trampın həftəsi – Hüquq professoru yazır

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Çin nəhəngi məhkəmə qarşısında

Son materiallar

comments
Dünyanın səsiXəbər

Çin nəhəngi məhkəmə qarşısında

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda qiymətlər necə dəyişib?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Türkiyə bahalaşma 35 faizi ötür

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda