• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Putinin “onlayn yürüşləri”nə qarşı cəbhə açmaq gərəkdir

  • 01 İyul 2025
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetTribuna

İstefada olan amerikalı diplomatlar Mark Gitenşteyn, Adrian Sukerman və Cim Rozapepe “Politiko” (“Politico”) nəşrində müştərək məqalə ilə çıxış edib. Cim Rozapepe 1998-2001, Mark Gitenşteyn 2009-2012, Adrian Sukerman 2019-2021-ci illərdə ABŞ-ın Rumıniyada səfiri olublar.

Novator.az-ın məlumatına görə, “Putin təkcə Ukraynaya soxulmur” başlıqlı məqalədə deyilir: “Hamı bilir ki, Rusiya prezidenti Vladimir Putin 2022-ci ildə tanklarını Ukraynaya yeridib. Ancaq çox az adam anlayır ki, o, 2024-cü ildə Rumıniyaya da soxulmuşdu – bu dəfə tvitlərlə. Hələlik hər iki cəhdi uğursuz nəticələnib. Amma Putin hücumdadır. O, təkcə Ukraynaya deyil, ABŞ-a, bütün Qərbə qarşı hücumdadır. Avropalı seçiciləri manipulyasiya etmək, sosial şəbəkələrdə dezinformasiya kampaniyaları aparmaq üçün o, milyonlarla dollar xərcləyir. Bu, demokratik sistemlərə qarşı tanklarla yox, yeni və fərqli üsullarla – seçkilərə müdaxilə, ictimai rəyi dəyişdirmək, demokratiyanı içəridən çökdürmək məqsədilə aparılan bir savaşdır.

Putin bu yeni taktikaya Ukraynadakı hərbi uğursuzluqdan sonra əl atıb. Kiyevi işğal etmək və Ukraynanın demokratik dirənişini qırmaq mümkün olmadı. Ona görə Kreml rəhbəri sovet dövründən miras qalmış taktikaya – Qərb demokratiyalarını içəridən sarsıtmağa girişib. Bu işdə onun silahları indi “TikTok”dur, “Teleqram”dır, digər sosial şəbəkələrdir. Putin yaxşı anlayır ki, ictimai rəy manipulyasiya oluna bilər. Rumıniyada baş verənlər buna sübutdur.

2024-cü ildə Rumıniyada prezident seçkisi zamanı Putinin adamı Kalin Corcesku namizəd oldu. O, seçkiyə sıfırdan başladı, amma iki həftəyə 21 faiz səs topladı. Seçki zamanı sosial mediada misli görünməmiş bir dezinformasiya kampaniyası vardı. Hədəf təkcə Rumıniya yox, ABŞ, NATO, Avropa İttifaqı idi. Çox yaxşı ki, Rumıniyanın və başqa Qərb ölkələrinin kəşfiyyat orqanları vaxtında bu hibrid hücumu ifşa edə bildi.

Rumıniyanın Konstitusiya Məhkəməsi seçkinin birinci turunun nəticələrini qanunsuz sayaraq ləğv etdi və yenidən seçki təyin olundu. İkinci seçkidə rumın xalqı təhlükəni duyub ayıq-sayıqlıq nümayiş etdirdi, demokratiyanın, NATO-nun tərəfdarı olan namizədi önə çıxardı.

O vaxt biz – keçmiş səfirlər açıq şəkildə çağırış edərək rumın xalqını Putinin namizədinə səs verməməyə çağırmışdıq. Rusiyanın yalan təbliğatı qarşısında susmaq bizə yaraşmazdı. Biz Rumıniyanın sovet əsarətindən necə çıxdığını gözümüzlə görmüşük, azadlıq, bu ölkənin Avropaya inteqrasiya yolu ilə necə irəlilədiyini yaxşı bilirik, NATO ilə, ABŞ-la əməkdaşlığın nə qədər əhəmiyyət daşıdığını da anlayırıq.

Putinin Rumıniya əməliyyatı uğursuz alındı. Rumın xalqı, Rumıniyanın demokratik institutları vaxtında təpki göstərməsəydi, nəticə başqa cür, çox fəlakətli ola bilərdi. İndi biz yenə çağırış edirik: susmaq olmaz, demokratiyanın müdafiəsinə qalxmaq lazımdır”.

Məqalə müəllifləri bildirirlər ki, Rumıniyadakı son prezident seçkisi demokratiya uğrunda yalnız bir döyüş idi, müharibə isə davam edir: “Bəs növbəti hədəf kimlərdir? Bu payız Moldovada, Estoniyada, Gürcüstanda, Niderlandda və Çexiyada seçkilər olacaq. Rusiyanın həmin seçkilərə də müdaxilə edəcəyi təhlükəsi çox realdır. Ona görə xarici müdaxilələrə qarşı ciddi mübarizə aparılmalıdır. Müdaxilə həm də kiberməkanda gedir. Putinin “onlayn yürüşləri”nə qarşı cəbhə açmaq gərəkdir. Rumıniyadakı hadisələrdən çıxan dərs budur: dezinformasiya əleyhinə ən güclü silah həqiqətdir. Həqiqəti ucadan demək lazımdır”.

2024-cü il noyabrın 24-ü Rumıniyada keçirilmiş prezident seçkisində partiyasız namizəd Kalin Corcesku 23 faizə yaxın, Rumıniyanın Xilası İttifaqının təmsilçisi Yelena Laskoni 19,2 faizə yaxın səslə önə çıxıblar. İkinci tur dekabrın 8-də olmalı idi. Ancaq Konstitusiya Məhkəməsi dekabrın 6-da birinci turun nəticələrini ləğv edib. Aydın olub ki, Rusiyaya meyilli Kalin Corceskunun seçki kampaniyası xaricdən qanunsuz maliyyələşib və bu amil ilk turun nəticəsinə təsir göstərib.

2025-ci il mayın 4-də keçirilmiş yeni seçkidə Avropa İttifaqına qarşı çıxışları ilə tanınan Corce Simion 41 faizə yaxın, demokrat Nikuşor Dan 21 faizə yaxın səs toplayıb. Onlar mayın 18-nə təyin olunmuş ikinci turda üz-üzə gəliblər və Nikuşor Dan 53,6 faiz səslə rəqibini geridə qoyub.

Mənbə: Politico.eu

Kelloq Rusiyanı nədə ittiham edir?

  • 01 İyul 2025
  • comments

Valyuta ehtiyatı

  • 01 İyul 2025
  • comments

About author

Novator.az

Son materiallar

comments
AktualDünyanın səsiManşetXəbər

Kelloq Rusiyanı nədə ittiham edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Ukraynanı qoruyan zirehli kombinezon – “The Telegraph”

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Qurultay davası payıza qaldı

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

“Tramp bunu bacaracaq” – “Fox News”

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Media
  • Siyasət
  • Texnologiya

Rəylər

Do not miss

comments
AktualDünyanın səsiManşetXəbər

Kelloq Rusiyanı nədə ittiham edir?

Son materiallar

comments
AktualDünyanın səsiManşetXəbər

Kelloq Rusiyanı nədə ittiham edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Ukraynanı qoruyan zirehli kombinezon – “The Telegraph”

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Qurultay davası payıza qaldı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda