• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İsrail-İran savaşında video dezinformasiyalar – “Euronews”

  • 23 İyun 2025
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetŞərh

Sosial şəbəkələrdə iyunun 13-dən başlanmış İsrail‑İran savaşı kontekstində təqdim olunan və geniş auditoriya, yüz minlərlə baxış sayı toplayan bəzi videoların əslində bu savaşa aidiyyəti yoxdur. Novator.az-ın məlumatına görə, bunu “Euronews” kanalı üzə çıxarıb.

Aydın olub ki, “TikTok”, “X” (keçmiş “Tvitter”) və “İnstaqram” şəbəkələrində yayılan, İsrailin İran paytaxtı Tehrana zərbə endirdiyi vaxt tunelə sığınmış iranlıların sevindiklərindən çalıb oynaması kimi qələmə verilən video əslində sosial mediada ilk dəfə 2023-cü ilin sentyabrında yerləşdirilibmiş.

İranın zərbələrindən qorunmaq üçün İsrail paytaxtı Tel‑Əvivdə sığınacağa yığılmış adamların bir-biriylə dalaşması kimi təqdim edilən, təkcə elə “X” şəbəkəsindəki bir hesabda 700 mindən çox baxış sayı toplayan videonun da dezinformasiya olduğu aşkarlanıb. “Euronews” həmin videonun 2025-ci ilin iyun ayının 12-də Gürcüstanda məhkəmə binasında çəkildiyini, bir mühakimə prosesinə etiraz zamanı baş vermiş insidenti əks etdirdiyini üzə çıxarıb.

Digər bir videoda Tel-Əvivdə meydana toplaşan insanlar arasında çaxnaşma düşdüyü görünür. Bəzi sosial media paylaşımlarında iddia edilir ki, guya bu, iyunun 13-dən sonra İranın endirdiyi hava zərbələrinin yaratdığı təşvişdir. Halbuki hadisə İsraillə İran arasında qarşılıqlı hava zərbələri başlanandan qabaq – aprel ayında çəkilib. Meydandakı çaxnaşmaya isə səhvən verilmiş həyəcan siqnalı səbəb olub. Yəni həqiqətən də Tel-Əviv meydanında insanlar arasında çaxnaşma düşüb, ancaq bunun iyunun 13-dən sonrakı hadisələrlə, İranın zərbələri ilə hər hansı bağlılığı yoxdur.

İranın İsrailə raket zərbələri kimi qələmə verilən, neçə-neçə sosial media hesabında paylaşılan bir videonun isə nə az, nə çox, 22 il öncə ABŞ‑ın İraqa hücumu zamanı çəkildiyi bəlli olub.

“Euronews”un araşdırması İsrailin Yəmən paytaxtı Sənada husilərə endirdiyi aviasiya zərbələrinə aid kadların sosial mediada İranın İsrailə iyunun 13-dən sonrakı raket zərbələrinin görüntüləri kimi dövriyyə buraxıldığını da üzə çıxarıb.

Xatırladaq ki, İranı nüvə silahı hazırlamaq niyyətində ittiham edən İsrail iyunun 13-dən bu ölkəyə qarşı kəskin hərbi hava hücumlarına başlayıb. Bəzi iddialara görə, İranda uranın zənginləşdirilməsi səviyyəsi enerji istehsalı üçün lazım olandan xeyli artıqdır və silah istehsalına yaxın hədd sayılır. İyunun 22-də ABŞ da hava hücumlarına qoşulub, Amerikanın bölgəyə yaxın hərbi bazalarından havaya qalxan bombardmançı təyyarələrdən İranın əsas nüvə təsisatlarına raket zərbələri endirilib.

Mənbə: Euronews.com

İsrailli yəhudilər müharibəyə dəstək verir. Bəs ər...

  • 21 İyun 2025
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

İsrailli yəhudilər müharibəyə dəstək verir. Bəs ərəblər?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

ABŞ İsrail-İran münaqişəsində – Sorğular

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribuna

Amerikalı general: ABŞ kosmosda taxtdan düşə bilər

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Qərb İran hakimiyyətini necə devirmişdi? – CNN

GLOBALS:0

Tags

  • Araşdırma
  • Cəmiyyət
  • Media
  • Siyasət
  • Texnologiya

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

İsrailli yəhudilər müharibəyə dəstək verir. Bəs ərəblər?

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

İsrailli yəhudilər müharibəyə dəstək verir. Bəs ərəblər?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

ABŞ İsrail-İran münaqişəsində – Sorğular

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribuna

Amerikalı general: ABŞ kosmosda taxtdan düşə bilər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda