• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Suriyada yeni geyim qaydaları qüvvəyə minib

  • 12 İyun 2025
  • comments
  • Novator.az
  • Posted in AktualDünyanın səsiManşetXəbər

Suriyada ictimai çimərliklər və üzgüçülük hovuzları üçün yeni geyim qaydaları qüvvəyə minib. İyunun 10-da açıqlanan qərara əsasən, qadınlardan burkini və ya bədəni tam örtən xələt geyinmələri tələb olunur.

Novator.az-ın məlumatına görə, ABŞ-ın CNN kanalı bildirir ki, bu qaydalar ötən ilin dekabrında prezident Bəşər Əsədi devirəndən sonra ölkədə hakimiyyəti ələ almış islamçıların ictimai normaların tənzimlənməsi sahəsində həyata keçirdikləri növbəti dəyişiklikdir: “Suriyanın turizm naziri Məzən əl-Salhani sosial şəbəkədə paylaşdığı açıqlamasında bildirib ki, yeni qərar ictimai maraqlar nəzərə alınaraq qəbul edilib. Nazirin sözlərinə görə, çimərlik və üzgüçülük hovuzlarından istifadə edən hər kəs – istər yerli sakin olsun, istərsə də turist – sosial normalara uyğun geyinməli, ayrı-ayrı təbəqələrin həssaslığını diqqətdən qaçırmamalıdır.

Bu səbəbdən nazir ictimai çimərliklərdə və üzgüçülük hovuzlarında qadınlardan abırlı geyim tələb olunduğunu, onların burkini və ya bədəni daha çox örtən xələt geyinməsinin zəruriliyini vurğulayıb. Nazir qadınlara çimərlikdən kənara hərəkət edərkən də bədənlərini örtməyi yaddan çıxarmamağı xatırladıb.

Kişilər üçün də yeni tələblər müəyyən edilib. Qərara əsasən, kişilərin üzgüçülük hovuzlarından, hotellərin lobbi və restoranlarından kənarda köynəksiz gəzməsi yolverilməzdir. Onlara çimərlik və hovuzlardan kənarda çiyni, dizi örtən, şəffaf və dar olmayan geyimlərə üstünlük vermək də tövsiyə olunub.

Qərar beynəlxalq və premium kateqoriyalı (4 ulduzlu) kurort və hotellərə, eləcə də özəl çimərliklərə, hovuzlara şamil olunmur, belə yerlərdə “tipik Qərb üslubunda” üzgüçülük geyimlərindən istifadəyə icazə verilir.

Qaydaların pozulmasına görə hansı cəza tədbirlərinin nəzərdə tutulduğu hələlik açıqlanmasa da, Turizm Nazirliyi bəyan edib ki, qaydalara əməl olunmasının təşkili xilasedicilərə və çimərlik nəzarətçilərinə tapşırılıb”.

CNN vurğulayır ki, yeni geyim qaydaları Suriyada Bəşər Əsəd rejimini devirmiş “Həyat Təhrir əş-Şam” qruplaşmasının keçid hökuməti qurulandan sonra da ictimai-siyasi həyata ciddi təsir göstərdiyindən xəbər verir. Vaxtilə ABŞ və Böyük Britaniyanın terror təşkilatı kimi tanıdığı “Həyat Təhrir əş-Şam” keçmiş dövrlərdə “Ən-Nusra Cəbhəsi” adı altında da fəaliyyət göstərib.

Yeni geyim qaydalarını Suriyanın keçid dövrü prezidenti Əhməd Əş-Şəraa imzalayıb. O, hakimiyyətə “Həyat Təhrir əş-Şam” lideri kimi gəlib, Əsəd rejimini bu qrupun silahlıları ilə devirib. 2025-ci ilin martında Əhməd əş-Şəraa beş illik keçid dövrü üçün islami qaydalara əsaslanan müvəqqəti konstitusiyanı təsdiqləyib. O qeyd edib ki, yeni konstitusiyanın qəbulu təxminən üç il çəkə bilər, seçkilərin isə beş il ərzində keçirilməsi planlaşdırılır.

CNN-in məlumatına görə, Suriyanın turizm naziri Məzən əl-Salhani hesab edir ki, yeni geyim qaydaları insan haqları baxımından narahatlıq doğurmamalıdır, əksinə, bu qaydalar ölkənin mədəni, ictimai və dini müxtəlifliyinə sayğını ifadə edir.

Məzən əl-Salhaninin turizm layihələri üçün Qətərdən və Səudiyyə Ərəbistanından milyardlarla dollar dəyərində investisiya cəlb etməyə çalışdığını vurğulayan kanal onu da xatırladır ki, geyim qaydaları ilə bağlı yeni qərar ABŞ-ın Suriyaya qarşı sanksiyaları ləğv etməsindən az sonraya təsadüf edir: “2025-ci ilin mayında sanksiyaların ləğvini elan edəndə ABŞ prezidenti Donald Tramp bu addımı “Suriyaya yenidən böyük olmaq imkanının yaradılması” kimi dəyərləndirmişdi”.

Mənbə: CNN.com

Final yolçuları

  • 12 İyun 2025
  • comments

İranda it gəzdirmək yasağının dairəsi genişləndi

  • 12 İyun 2025
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Niyə uşaq saxlamaq çətindir? (BMT-nin hesabatı)

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

2024 səksən illik bir dövrdə ən münaqişəli il olub

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

122 milyondan çox didərgin var

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

ABŞ və Çin Londonda nəyi razılaşdırıb?

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Din
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Niyə uşaq saxlamaq çətindir? (BMT-nin hesabatı)

Son materiallar

comments
Dünyanın səsiXəbər

Niyə uşaq saxlamaq çətindir? (BMT-nin hesabatı)

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

2024 səksən illik bir dövrdə ən münaqişəli il olub

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

122 milyondan çox didərgin var

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda