• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İranda it gəzdirmək yasağının dairəsi genişləndi

  • 12 İyun 2025
  • comments
  • Novator.az
  • Posted in AktualDünyanın səsiXəbər

İranda küçədə it gəzdirməyə qoyulan qadağaların müddəti uzadılıb. Eyni zamanda ictimai asayiş, ictimai sağlamlıq, sosial nizam, həmçinin təhlükəsizliklə bağlı narahatlıqlar əsas gətirilməklə yasaq dairəsi genişləndirilib.

Novator.az saytı Britaniyanın “Qardian” (“The Guardian”) qəzetinə istinadla xəbər verir ki, yeni qərarla yasaq 17 şəhəri, o cümlədən ölkənin mərkəzində yerləşən İsfahanı və cənubdakı Kirmanı da əhatə edir.

İranda küçədə it gəzdirməyə qadağa ilk dəfə 2019-cu ildə Tehranda tətbiq edilib.

“Qardian” yazır ki, 1979-cu ilin islam inqilabından sonra ölkədə it saxlamaq və ya gəzdirmək mübahisəli məsələyə çevrilib. Bir çox din xadimi itlə təmasda olmağı və ya konkret olaraq itin ağız suyu ilə təması haram saysa, bəzi rəsmilər evdə it saxlamağı Qərb mədəniyyətinin təsiri kimi dəyərləndirsə də, qanunla it saxlamaq qadağan edilməyib: “Amma insanları it saxlamaqdan çəkindirmək məqsədilə küçədə it gəzdirməyi və avtomobildə it daşımağı məhdudlaşdıran tədbirlər həyata keçirilib və hazırda da bu tədbirlər davam etdirilir.

Məhdudiyyətlər bütün ölkə üzrə tətbiq olunmur və ona əməl etməmək də kəskin bir repressiyaya gətirib çıxarmır. Ona görə istər paytaxt Tehranda, istərsə də digər şəhərlərdə itlə gəzməyə çıxanları görmək mümkündür”.

“Qardian”ın yazdığına görə, yasağın yeni tətbiq edildiyi şəhərlərdən olan İlam şəhərinin rəsmisi “Etimad” qəzetinə bildirib ki, qadağanı pozanlara qarşı hüquqi tədbirlər görüləcək. Lakin o bunun nə demək olduğunu ətraflı açıqlamayıb. Dövlətə məxsus rəsmi “İran” qəzeti isə dərc etdiyi məqalədə son tədbirləri alqışlayıb və qeyd edib ki, bu tədbirlər ictimai nizamın qorunması, təhlükəsizliyin təmin olunması, xalqın sağlamlığının müdafiəsi baxımından zəruridir.

Həmədan şəhərinin prokuroru Abbas Nəcəfi “İran” qəzetinə açıqlamasında küçədə it gəzdirməyi ictimai sağlamlığa, əmin-amanlığa və ictimai rahatlığa təhdid kimi qiymətləndirib.

“Qardian” xatırladır ki, 2021-ci ildə İran parlamentinin 75 deputatı evdə heyvan saxlamağa qarşı çıxmış, bunu mənəvi, ictimai baxımdan dağıdıcı bir proses kimi yozmuşdu. Deputatların bəyanatında evdə heyvan saxlamağın İranda milli və dini həyat tərzini tədricən dəyişdirə biləcəyi vurğulanmışdı: “İran İslam Respublikasının ali dini lideri ayətullah Əli Xamneyi isə 2017-ci ildə demişdi ki, ov etmək və ya mühafizə (o cümlədən heyvanları, məsələn, qoyun-quzunu mühafizə) məqsədilə it saxlamaq olar, “amma başqa səbəblərdən it saxlamaq tamamilə yolverilməzdir”. Dini lider əlavə olaraq bildirmişdi ki, evdə it saxlamaq təcrübəsi qeyri-müsəlmanları xatırladırsa, onların mədəniyyətini təşviq edirsə, qonşulara ziyan vurur və narahatlıq gətirirsə, haram sayılmalıdır”.

Mənbə: Theguardian.com

Suriyada yeni geyim qaydaları qüvvəyə minib

  • 12 İyun 2025
  • comments

ABŞ və Çin Londonda nəyi razılaşdırıb?

  • 12 İyun 2025
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Niyə uşaq saxlamaq çətindir? (BMT-nin hesabatı)

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

2024 səksən illik bir dövrdə ən münaqişəli il olub

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

122 milyondan çox didərgin var

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

ABŞ və Çin Londonda nəyi razılaşdırıb?

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Niyə uşaq saxlamaq çətindir? (BMT-nin hesabatı)

Son materiallar

comments
Dünyanın səsiXəbər

Niyə uşaq saxlamaq çətindir? (BMT-nin hesabatı)

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

2024 səksən illik bir dövrdə ən münaqişəli il olub

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

122 milyondan çox didərgin var

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda