Dövlət Statistika Komitəsinin hesabatına görə, 2025-ci ilin ilk rübündə Azərbaycanda hər 1000 nəfərə 1,9 boşanma düşüb. Bakıda və paytaxtın Səbail rayonunda 1000 nəfərə 2,6 boşanma rəsmiləşib, bəzi rayonların göstəricisi bundan yüksək olub: Yasamal – 3,9, Xətai və Qaradağ – 3,2, Suraxanı – 3, Binəqədi və Nərimanov – 2,7. Nəsimi rayonunda 1000 nəfərə 2,2 boşanma sənədləşib.
Naftalanda 1000 nəfərə 5,6, Xankəndidə 3,7, Xocalıda 3,4, Daşkəsəndə 2,7, Xocavənd və Şuşada 2,6, Göygöldə 2,5, Kəngərli, Ağdam, Mingəçevir, Ağdaş və Zərdabda 2,4, Siyəzən və Zəngilanda 2,3, Naxçıvan şəhərində, Goranboy, Yevlax, Cəbrayıl və Kəlbəcərdə 2,2, Samuxda 2,1, Gəncədə 2 boşanma düşdüyü bildirilir.