UEFA Çempionlar Liqasının 2025-2026 mövsümünə buraxılmış 82 komandanın 29-u – İngiltərədən “Liverpul”, “Arsenal”, “Mançester Siti”, “Çelsi”, “Nyukasl”, “Tottenhem”, İtaliyadan “Napoli”, “İnter”, “Atalanta”, “Yuventus”, İspaniyadan “Barselona”, “Real”, “Atletiko”, “Atletik”, “Vilyarreal”, Almaniyadan “Bavariya”, “Bayer”, “Ayntraxt” (Frankfurt), “Borussiya” (Dortmund), Fransadan PSJ, “Marsel”, “Monako”, Niderlanddan PSV, “Ayaks”, Portuqaliyadan “Sportinq”, Belçikadan “Union”, Türkiyədən “Qalatasaray”, Çexiyadan “Slaviya”, Yunanıstandan “Olimpiakos” liqa raunduna birbaşa vəsiqə alıb.
Vakant 5 bilet təsnifatların çempionlar yolunda, 2 bilet liqalar yolunda əldə olunacaq.
İsveçdən “Malmö”, Rumıniyadan “Styaua”, Bolqarıstandan “Ludoqorets”, Sloveniyadan “Olimpiya”, Moldovadan “Milsami”, Kosovodan “Drita”, Qazaxıstandan “Kayrat”, Finlandiyadan KuPS, İrlandiyadan “Şelburn”, Ermənistandan “Noa”, Latviyadan RFS, Farer adalarından “Vikinqur”, Bosniyadan “Zrinski”, İslandiyadan “Breydablik”, Şimali İrlandiyadan “Linfild”, Lüksemburqdan “Differdanj”, Litvadan “Jalgiris” (Vilnüs), Maltadan “Hamrun”, Gürcüstandan “İberiya 1999”, Albaniyadan “Eqnatiya”, Estoniyadan “Levadiya”, Belarusdan “Dinamo” (Minsk), Şimali Makedoniyadan “Şkendiya”, Andorradan “İnter”, Uelsdən “Nyu Sents”, Monteneqrodan “Buduçnost”, Cəbəllütariqdən “Linkoln”, San Marinodan “Virtus” turnirə çempionlar yolunun birinci mərhələsindən başlayır.
İkinci mərhələnin liqalar yolunda Çexiyadan “Viktoriya”, Şotlandiyadan “Reyncers”, İsveçrədən “Servett”, Avstriyadan “Zalsburq”, Norveçdən “Brann”, Yunanıstandan “Panatinaikos”, çempionlar yolunda Danimarkadan “Kopenhagen”, İsraildən “Makkabi” (Tel-Əviv), Ukraynadan “Dinamo”, Serbiyadan “Srvena Zvezda”, Xorvatiyadan “Riyeka”, Polşadan “Lex”, Kiprdən “Pafos”, Macarıstandan “Ferensvaroş”, Azərbaycandan “Qarabağ”, Slovakiyadan “Slovan” var.
Fransadan “Nitsa”, Niderlanddan “Feyenoord”, Portuqaliyadan “Benfika”, Belçikadan “Brügge”, Türkiyədən “Fənərbaxça” rəqibləri üçüncü mərhələnin liqalar yolunda gözləyir.
Şotlandiyadan “Seltik”, İsveçrədən “Bazel”, Avstriyadan “Şturm”, Norveçdən “Bode-Qlimt” yarışa dördüncü mərhələnin çempionlar yolundan qoşulur.
Birinci mərhələdə ələnənlər Konfrans Liqasına, sonrakı mərhələlərdə ələnənlər Avropa Liqasına köçür.
36 komandalıq liqa mərhələsində 9-24-cü yerləri tutanlar 1/16 finala, ilk 8 pilləni tutanlar 1/8 finala çıxır.
Turnir 2025-ci il iyulun 8-də başlayır. Final 2026-cı il mayın 30-na (Budapeşt) təyin olunub.