Rumıniyada prezident seçkisi başa çatıb. Rəsmi məlumata görə, mayın 18-də keçirilmiş ikinci turda paytaxt Buxarestin meri Nikuşor Dan 53,6 faiz səs toplayaraq rəqibi Corce Simionu geridə qoyub.
İlk turda – mayın 4-də 11 namizəd yarışmışdı.
Prezidentin səlahiyyət müddəti beş ildir.
Rumıniyada hökuməti dörd ildən bir proporsional üsulla (partiya siyahıları üzrə) seçilən parlamentdə (Senat və aşağı palata – Deputatlar Palatası) çoxluq əldə edən siyasi qüvvə qurur. Hazırda hakim koalisiyaya Milli Liberal Partiya, Rumıniya Macarlarının Demokratik İttifaqı daxildir.