Mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə yerləşən “Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatı media azadlığı indeksi açıqlayıb. 180 ölkənin yer aldığı reytinq siyahısında Estoniya 2-ci, Litva 14-cü, Latviya 15-ci pillədə göstərilir.
Ermənistan 34-cü, Moldova 35-ci, Ukrayna 62-ci, Gürcüstan 114-cü, Qazaxıstan 141-ci, Qırğızıstan 144-cü, Özbəkistan 148-ci, Tacikistan 153-cü, Türkiyə 159-cu, Belarus 166-cı, Azərbaycan 167-ci, Rusiya 171-ci, Türkmənistan 174-cü, İran 176-cı mövqedə qərar tutur.
Mayın 3-ü Mətbuat Azadlığı Günüdür. Dünya həmin günü BMT-nin 1993-cü ildə irəli sürdüyü təşəbbüs əsasında qeyd edir.