Dövlət Statistika Komitəsi bildirir ki, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycan mehmanxanalarında 868,3 min gecələmə keçirilib, bunun 58,2 faizi Bakıda, 10 faizi Qusarda, 5,4 faizi Qəbələdə, 4,8 faizi Şabranda, 4,3 faizi Naftalanda, 3,1 faizi Qubada, 2,6 faizi Lənkəranda, 1,5 faizi Şamaxıda, 10,1 faizi başqa şəhər və rayonlarda qeydə alınıb.
Hesabata görə, üç ayda mehmanxanaların gəlirləri 2024-cü ilin ilk rübü ilə müqayisədə 12,1 faiz artaraq 125,1 milyon manat olub.