Azərbaycan əhalisinin sayı 2025-ci il martın 1-nə 10 milyon 230 min 666 nəfərə çatıb. Hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, yanvar-fevral aylarında 15971 doğulan, 10461 ölən, 7741 nikah, 3414 boşanma qeydə alınıb, hər 1000 nəfərə 9,7 doğum, 6,3 ölüm, 4,7 nikah, 2,1 boşanma düşüb.
2024-cü ilin ilk iki ayına nəzərən doğumda 4,9 faiz azalmanın, ölüm hallarında 1,6 faiz, nikahlarda 17,5 faiz artımın rəsmiləşdiyi vurğulanır.