• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sevgimiz Türkiyə

  • 09 Aprel 2025
  • comments
  • hikmet
  • Posted in TribunaYazarlar

Hikmət Sabiroğlu

2002-ci ilin dünya futbol çempionatı. Ağır bir oyun təzəcə başa çatıb, Türkiyə milli komandası yarımfinala çıxıb. TRT-nin studiyasındakı aparıcı Ankara, İstanbul, İzmir şənliklərini car çəkən reportajların ardınca yerindən oynamış Bakıya bağlanır:

– Bakıda nələr yaşanır?

Azərbaycandakı müxbir Türkiyə adı gələndə hər zaman xatırlanacaq bircə kəlmə deyir:

– Bu an Bakının Ankara, İstanbul və İzmirdən bir fərqi yox!!!

Türkiyə sevgimiz nə indinin söhbətidir, nə dünənin, canımızın bir parçasıdır, yaşı yoxdur bu sevginin. “Bir millət – iki dövlət” simsarlığı ifadə eləməyə yetməz, biz Türkiyəni elimizin o biri başı sanarıq, hər şey içimizdən keçər: bayram olsun, ya matəm, azad seçki olsun, ya hökumət basqısı.

Bitməz bu sevda çoxdandır həm də “Ərdoğan və başqaları” ovqatına köklənib. Türkiyədə hər siyasi olay Azərbaycanı da silkələyir: Ərdoğan, ya başqa biri?

23 ildir Türkiyəyə yön verən Rəcəb Teyyub Ərdoğan Azərbaycanda çox istənir. Türkiyədəki qədər, bəlkə daha çox. Azərbaycana əvəzsiz dəstəyi öz yerində, bizim toplum dediyini yeridən adamı bəyənər, yumşaq adam azərbaycanlının adamı deyil.

Sorğu keçirsən, çoxumuz 11 il baş nazir olmuş, 11 ildir də prezidentlik eləyən Ərdoğanın yenə at belində qalmağını istəyərik, çünki belə qəliz dünyada arxasız qalmaqdan çəkinirik. Ərdoğanın üstümüzdə haqqı danılmaz.

Amma… Nə qədər bir olsaq da, Ərdoğan Azərbaycanın yox, Türkiyənin rəhbəridir, onun, tutalım, dördüncü dəfə prezident seçilib-seçilməməsinə türkiyəlilər qərar verməlidir, verəcək. Biz Türkiyənin dərdini nə Ərdoğan və müttəfiqi Dövlət Baxçalı qədər bilə bilərik, nə də müxaliflər – Özgür Özəl, Əkrəm İmamoğlu, Mənsur Yavaş, Müsavat Dərvişoğlu qədər.

Doğmalıqdırsa, Ərdoğan da bizimkidir, İmamoğlu da. Necə ki, Turqut Özal və Süleyman Dəmirəl, Məsud Yılmaz və Tansu Çillər, Dəniz Baykal və Möhsün Yazıçıoğlu bizimki olub. Türkiyəni həm də siyasi rəngarəngliyi ilə sevmişik, ona müsəlman dünyasının tək demokratik diyarı kimi baxmışıq hər zaman.

İkincisi, Türkiyənin Azərbaycana dəstəyi Ərdoğanla başlamayıb, inşallah, onunla bitməz də. 1918-ci ildə Azərbaycanın dadına yetən, ya 1993-cü ildə Ermənistanla sərhədi qapadan Türkiyəni necə unuda bilərik?

Başqa miflərimiz də var. Guya Ərdoğana qədər Türkiyə Amerikanın, Avropanın buyruq qulu olub. Bəs Türkiyəni İkinci Dünya müharibəsi kimi qanlı tiyandan salamat çıxaran İsmət İnönü, bəs 1974-cü ildə Kiprə qoşun yeridən Bülənd Ecevit? Kim onlara buyruq qulu deyər?

Türkiyəni ağa-qaraya bölmək bizə yaraşmaz. Adamlar, o cümlədən siyasət adamları, rəhbərlər və müxaliflər gəlib gedər. Əbədi olan sevgimiz Türkiyə, Türkiyə sevgimizdir.

“AzəriLayt” neçəyədir?

  • 08 Aprel 2025
  • comments

Neftin üzü aşağı

  • 10 Aprel 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0
comments
TribunaYazarlar

Dustaqlara nə deyərdim?

GLOBALS:0

Tags

  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

Son materiallar

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda