Dövlət Sərhəd Xidməti bildirir ki, yanvar-fevral aylarında Azərbaycana 162 ölkədən 338,6 min əcnəbi gəlib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz azdır. Ziyarətçilərin 23,4 faizinin Rusiya, 18,6 faizinin Türkiyə, 9,9 faizinin Hindistan, 9,3 faizinin İran, 5 faizinin Gürcüstan, 3,3 faizinin Qazaxıstan, 3,2 faizinin Pakistan, qalan hissəsinin başqa ölkələrin vətəndaşları olduğu vurğulanır.
Hesabata görə, xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 2024-cü ilin yanvar-fevral aylarına nəzərən 0,1 faiz azalaraq 296,3 min nəfərə düşüb, onların 36,9 faizi Türkiyəyə, 15,8 faizi Rusiyaya, 11,4 faizi Gürcüstana, 10,7 faizi İrana, 25,2 faizi başqa ölkələrə üz tutub.