• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rahatlıq

  • 10 Mart 2025
  • comments
  • hikmet
  • Posted in TribunaYazarlar

Hikmət Sabiroğlu

Şuşada Hambal Dadaş vardı. Biz nəsil şuşalılar hamballığını heç görmədik, yaşlanmışdı, camaat hörmət eləyir, bir növ nəzir verirdi. Tək olurdu. Bir gün evini yarırlar. Xəbər yayılır, məzə tutmaq istəyən biri əhvalını soruşur mənalı-mənalı. Dadaş kişi qayıdır ki, iki min manat yığmışdım, gözümə yuxu getmirdi, apardılar, indi rahatam…

Rəhmətliyin sözü olmasın, ədalətə öləzimiş ümidimiz vardı, narahat idik, ABŞ-da prezidentliyə qayıdan Trampın qırımını görüb dincəlirsən.

Bayden postunu təhvil verəndə bir ovuc oliqarxın Amerikada əsas söz sahibi olmasının demokratiyaya təhlükə yaratdığını demişdi. Böyür-başı harınlarla hörülən Trampın qanla suvarılan Qəzza xarabalıqlarına, yaralı Ukrayna torpaqlarına yerikləməsini, Qrenlandiyaya, Kanadaya göz dikməsini görəndə Baydenin gecikmiş narahatlığının əbəs olmadığı üzə çıxır. Demokratiya simvolu sayılan ölkənin lideri ən yaxın qonşunun seçilmiş baş nazirinə “qubernator” deyirsə, nə qoyub, nə axtarasan…

Bu çökmə, deqradasiya dünən-srağagün başlamayıb, çoxdan, maraqlar dəyərləri arxa plana keçirəndən gedir, o qədər çoxdan ki, bilmirsən haçan dəyərlər ön planda olub. Bəlkə olmayıb heç. Bu mənada Tramp səbəb yox, nəticədir.

Bir Amerikadan söhbət getmir, Avropa da eyni gündədir. Türkiyənin illərlə Avropa İttifaqı qapısında gözləməsinə baxaq. İndi haqq dünyasında olan məşhur bir avropalı siyasətçi bu süründürməçiliyi yaxşı dolamışdı: Türkiyəyə şərt qoyuruq ki, Xirosima və Naqasakidə atom bombasının qurbanı olanları əlifba sırası ilə sadala…

Avropa təhlükəsizlik çətiri axtarışında Türkiyənin də Avropa ölkəsi olduğunu yada salır indi. Gecdir, nə Avropa həmin Avropadır, nə Türkiyə həmin Türkiyə.

Yaxşı, Türkiyə, tutalım, hansısa meyara uyğun gəlməyib, gəlmir. Amma o nə meyardır ki, yunan Kipri Avropa İttifaqının yuxarı başında oturub? Ya Brüsseldən çox Moskvanın sözünü deyən Macarıstan, Slovakiya?

Cavabı bəlli başqa suallar da var. Məsələn, o nə demokratiyadır ki, eyni ilin eyni fəslində Azərbaycan layiq bilinmir, amma Gürcüstanın halalıdır?

Ağıllı, oxumuş adamların ölkələri dünyanın çox balaca olduğunu bilməyibmi? Bilməyibmi uzaq görünən Şərqdə, Afrikada inləyən xalqlar nicatı Avropaya köç eləməkdə görər, sənin də ölkən qalar ayaq altında, yurdun başına dar olar?

Tramplıq bir iş yoxdur. Gözümüzü Klintona dikəndə evimiz uçdu, Buşa dikəndə küllüyə düçar olduq, nə Obamaya bir şey qaldı, nə Baydenə.

Əslində Trampın qırımı çox yaxşıdır. Kartlar açılıb, oyun açıq kartla gedir. Adam çox rahat olur…

Baş nazir kürsüsü boşalır

  • 10 Mart 2025
  • comments

Yeni məhkumluq

  • 10 Mart 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
AktualDünyanın səsiManşetTribuna

Amerikalı general: ABŞ kosmosda taxtdan düşə bilər

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Gələcəkdə yazılmış kitab

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribuna

Deportasiya müharibələri başlanır – “Uoll Strit Jurnal”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
AktualDünyanın səsiManşetTribuna

Amerikalı general: ABŞ kosmosda taxtdan düşə bilər

Son materiallar

comments
AktualDünyanın səsiManşetTribuna

Amerikalı general: ABŞ kosmosda taxtdan düşə bilər

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Gələcəkdə yazılmış kitab

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribuna

Deportasiya müharibələri başlanır – “Uoll Strit Jurnal”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda