Mərkəzi Bank martın 1-nə valyuta ehtiyatını 10 milyard 991,8 milyon dollar göstərib. 2025-ci il 10 milyard 959,5 milyon dollarla start götürmüşdü.
Statistikaya görə, 2015-ci ilə 13 milyard 758,3 milyon dollar valyuta ehtiyatı olub, devalvasiya dalğasında 2016-cı ilə 5 milyard 16,7 milyon dollara, 2017-ci ilə 3 milyard 974,4 milyon dollara düşüb.
2018-ci ilə 5 milyard 334,6 milyon dollar, 2019-cu ilə 5 milyard 625,7 milyon dollar, 2020-ci ilə 6 milyard 258 milyon dollar, 2021-ci ilə 6 milyard 369,4 milyon dollar, 2022-ci ilə 7 milyard 75 milyon dollar, 2023-cü ilə 8 milyard 995,7 milyon dollar, 2024-cü ilə 11 milyard 613 milyon dollar valyuta ehtiyatı rəsmiləşib.
2015-2017-ci illərdə rəsmi məzənnəsi 0,7844 manatdan 1,7001 manata yüksələn ABŞ dolları 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.
Dövlət Neft Fondu Mərkəzi Bankın 2016-2024-cü illərdə keçirdiyi valyuta hərraclarında 50,1 milyard ABŞ dolları məbləğində vəsait satıb. 2016-cı ildə fonddan 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard, 2021-ci ildə 6,7 milyard, 2022-ci ildə 4,7 milyard, 2023-cü ildə 2,7 milyard, 2024-cü ildə 7,1 milyard dollar alınıb.