2025-ci il yanvarın 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 224,9 min nəfər göstərilib. Dövlət Statistika Komitəsi bildirir ki, Bakıda 2 milyon 351,3 min, Abşeron rayonunda 434 min, Sumqayıtda 427,6 min, Gəncədə 331 min, Lənkəranda 228,1 min, Masallıda 227,7 min, Cəlilabadda 219,2 min, Şəmkirdə 218,3 min, Şəkidə 184,8 min, Sabirabadda 181,8 min, Tovuzda 177,9 min, Ağdamda 175,7 min, Xaçmazda 175,4 min, Qubada 171,3 min nəfər əhali qeydə alınıb.
Hesabata görə, Bərdənin 157,8 min, Salyanın 140,3 min, Ağcabədinin 136,8 min, İmişlinin 132,4 min, Füzulinin 131,5 min, Zaqatalanın 130,6 min, Yevlaxın 130 min, Kürdəmirin 119,2 min, Göyçayın 119,1 min, Şərurun 113,6 min, Astaranın 112,8 min, Saatlının 111,2 min, Qəbələnin 109,6 min, Ağdaşın 107,6 min, Biləsuvarın 107,4 min, Şamaxının 106,5 min nəfər əhalisi olub.
Əhalisi 100 min nəfəri ötən başqa bölgələr belə sıralanır: Mingəçevir – 103,1 min nəfər, Qusar – 102,8 min nəfər, Goranboy – 102,3 min nəfər, Beyləqan – 102,1 min nəfər, Gədəbəy – 101,2 min nəfər, Balakən – 101 min nəfər.