Avropanın aparıcı milli futbol çempionatları davam edir. İngiltərə çempionatında 53 xalla “Liverpul” öndədir. “Arsenal” 47, “Nottingem Forest” 44, Mançester Siti” və “Nyukasl” 41, “Çelsi” və “Bornmut” 40 xal toplayıb.
İspaniya çempionatına 49 xalla “Real” başçılıq edir. “Atletiko” 45, “Barselona” 42, “Atletik” 40 xal götürüb.
İtaliya çempionatında 53 xalla “Napoli” liderdir. “İnter” 50, “Atalanta” 46, “Latsio” 39, “Yuventus” 37, “Fiorentina” 36 xal yığıb.
Almaniya çempionatında 48 xalla “Bavariya” irəli çıxıb. Lideri “Bayer” 42, “Ayntraxt” (Frankfurt) 37, “Ştutqart” və “Leypsiq” 32, “Maynts” 31 xalla izləyir.
Fransa çempionatında PSJ 47, “Marsel” 37, “Monako” 34, “Nitsa” 33, “Lill” 32, “Lion” və “Lans” 30 xal əldə edib.