ABŞ-ın yeni prezidenti Donald Tramp və vitse-prezidenti Ceyms Devis Vens yanvarın 20-dən səlahiyyətlərinin icrasına başlayıblar.
Ağ ev aparatının başçısı vəzifəsinə Syuzan Uayls təyinat alıb.
Konqresin yuxarı palatası olan Senat bu şəxslərin təyinatını təsdiqləyib: Marko Rubio – dövlət katibi, Piter Heqset – müdafiə naziri, Kristi Noem – daxili təhlükəsizlik naziri, Con Ratkliff – Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru.
Kabinetdə qalan postları bu şəxslər icra edir: Ceyms MakHenri – ədliyyə naziri (baş prokuror), Uolter Krikşank – daxili işlər naziri, Devid Lebrik – maliyyə naziri, Ceremi Pelter – ticarət naziri, Cudi Kaleta – nəqliyyat naziri, İnqrid Kolb – energetika naziri, Qari Vaşinqton – kənd təsərrüfatı naziri, Matt Ammon – tikinti və şəhər inkişafı naziri, Vins Maykon – əmək naziri, Dorosi Fink – səhiyyə və sosial xidmətlər naziri, Todd Hanter – veteranlarla iş naziri, Denis Karter – təhsil naziri, Dorosi Şi – ABŞ-ın BMT-dəki daimi nümayəndəsi, Lora Şayo – Milli Kəşfiyyatın direktoru, Metyu Vat – İnzibati-Büdcə İdarəsinin direktoru, Xuan Millan – ticarət nümayəndəsi, Everett Vudel – Kiçik Biznes Administrasiyasının rəhbəri, Ceyms Peyn – Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəisi.