Belarusda prezident seçkisinin ilkin nəticələri açıqlanıb. Erkən səsverməsi 21-25 yanvarda, əsas səsverməsi 26 yanvarda keçirilmiş seçkidə dövlət başçısı Aleksandr Lukaşenko 86,82 faiz səslə önə çıxıb.
Seçki yarışında daha dörd namizəd yer alıb: Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Sırankov, Əmək və Ədalət Partiyasının sədri Aleksandr Xijnyak, sahibkar Anna Kanopatskaya.
Novator.az bildirir ki, 1991-ci ildə müstəqilliyini bəyan edən Belarusda əvvəlki prezident seçkilərini də Aleksandr Lukaşenko udub. Aleksandr Lukaşenko ilk dəfə 1994-cü ildə 5 il müddətinə prezident seçilib. 1996-cı ildə onun səlahiyyət müddəti 2001-ci ilədək uzadılıb. 2001-ci ildə Aleksandr Lukaşenko ikinci dəfə prezident kürsüsünə yiyələnib. 2004-cü ildə bir nəfərin iki dəfədən çox prezident seçilməsinə məhdudiyyət götürülüb və Aleksandr Lukaşenko 2006, 2010, 2015 və 2020-ci illərin seçkilərinə də qatılaraq dövlət başçısı postunu əlində saxlayıb.
2022-ci ildə eyni şəxsin iki dəfədən çox prezident seçilməsinə qadağa bərpa edilib, ancaq Aleksandr Lukaşenkoya daha iki dəfə prezident seçilmək imkanı verilib.