2025-ci ilin iş günü sayılmayan dövlət bayramlarının siyahısı bəlli olub:
Yeni il – 1-5 yanvar (çərşənbə-bazar);
Qadınlar Günü – 8-10 mart (şənbə-bazar ertəsi);
Novruz bayramı – 20-26 mart (cümə axşamı-çərşənbə);
Ramazan bayramı – 30-31 mart (bazar-çərşənbə axşamı);
Qələbə Günü – 9 may (cümə);
Müstəqillik Günü – 28 may (çərşənbə);
Qurban bayramı – 6-9 iyun (cümə-bazar ertəsi);
Milli Qurtuluş Günü – 15-16 iyun (bazar-bazar ertəsi);
Silahlı Qüvvələr Günü – 26 iyun (cümə axşamı);
Zəfər Günü və Dövlət Bayrağı Günü – 8-11 noyabr (şənbə-çərşənbə axşamı);
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü – 31 dekabr (çərşənbə).
Əmək Məcəlləsinə görə, iş günü hesab olunmayan bayram günləri şənbə və bazar günlərinə təsadüf edəndə, eləcə də Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşəndə əlavə istirahət günü verilir.
Ardıcıllığı təmin etmək üçün iş və istirahət günlərinin yerləri dəyişdirilə bilər.
2025-ci il Azərbaycanın bir çox tanınmış şəxsinə yubiley yaşı gətirir.
Dövlət xadimi Yaqub Eyyubov, bəstəkar, müğənni, dövlət xadimi Polad Bülbüloğlu, siyasi xadim Eldar İbrahimov, müğənni Cavan Zeynallı, jurnalist Oqtay Bayramov 80 yaşı geridə qoyurlar.
Dövlət xadimləri Sahibə Qafarova, Hicran Hüseynova, Oqtay Əsədov, Fikrət Məmmədov, Xanlar Vəliyev, Eldar Həsənov, Hüseynqulu Bağırov, siyasi xadim Etibar Məmmədov, diplomat Yaşar Əliyev, hüquq müdafiəçisi Leyla Yunus, hüquqşünas Ənnağı Hacıbəyli, vəkil Namizəd Səfərov, politoloq Arif Yunus, iqtisadçı, siyasi xadim Nazim İmanov, şərqşünas Aida Qəmbər, ədəbiyyatşünas və folklorşünas Muxtar İmanov, şair, publisist Vaqif Bəhmənli, yazıçı Saday Budaqlı, jurnalistlər Zemfira Məhərrəmli, Flora Xəlilzadə, Mehman Cavadoğlu, İlqar Əlfioğlu, Aqil Dadaşov, Rusvat Bayramov, aktyorlar Afaq Bəşirqızı, Fəxrəddin Manafov, Şamil Süleymanlı, veteran futbolçu Oqtay Abdullayev 70 yaşa çatırlar.
Dövlət xadimləri Kamran Əliyev, Şahin Mustafayev, Şahin Bağırov, Tahir Budaqov, Rövnəq Abdullayev, siyasətçilər Əli Kərimli, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Arzuxan Əlizadə, general-leytenant Rövşən Əkbərov, tarixçi Altay Göyüşov, şair, jurnalist Dəyanət Osmanlı, jurnalistlər Afaq Vasifqızı, İmran Bədirxanlı, rejissor, ssenarist Mehriban Ələkbərzadə, xanəndə Zabit Nəbizadə, müğənnilər Tacir Şahmalıoğlu, Eyyub Yaqubov, veteran futbolçular Nazim Süleymanov, Yunis Hüseynov, Aleksandr Jidkov 60 yaşı tamamlayırlar.
Dövlət xadimləri Samir Nuriyev, Fuad Nağıyev, iqtisadçı, siyasi xadim Vüqar Bayramov, siyasətçi Fuad Qəhrəmanlı, ictimai-siyasi xadimlər Azər Qasımlı, Mahir Abbaszadə, şair və yazıçı İlqar Fəhmi, jurnalistlər Səadət Akifqızı, Afət Telmanqızı, Aynur Camalqızı, Mahir Məmmədli, müğənni Elçin Əzizovun 50 illik yubileyidir.