Neft ixracatçılarının OPEK+ koalisiyası yeni razılaşma əldə edib. Rəsmi məlumata görə, 2025 və 2026-cı illərdə gündəlik hasilat 39 milyon 725 min barreli ötə bilməz. Azərbaycanın kvotası 551 min barrel qalır, qalan ölkələr üzrə normalar belə müəyyən olunur: Səudiyyə Ərəbistanı – 10 milyon 478 min barrel, Rusiya – 9 milyon 949 min barrel, İraq – 4 milyon 431 min barrel, Birləşmiş Ərəb Əmirlikləri – 3 milyon 519 min barrel, Küveyt – 2 milyon 676 min barrel, Meksika – 1 milyon 753 min barrel, Qazaxıstan – 1 milyon 628 min barrel, Nigeriya – 1 milyon 500 min barrel, Əlcəzair – 1 milyon 7 min barrel, Oman – 841 min barrel, Malayziya – 401 min barrel, Konqo – 277 min barrel, Bəhreyn – 196 min barrel, Qabon – 177 min barrel, Cənubi Sudan – 124 min barrel, Bruney – 83 min barrel, Ekvatorial Qvineya – 70 min barrel, Sudan – 64 min barrel.
OPEK-ə Birləşmiş Ərəb Əmirlikləri, Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Liviya, Qabon, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesuela daxildir, Azərbaycan, Bəhreyn, Braziliya, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan tərəfdaşlar sayılır.
Dekabrın 6-da “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 75,04 dollara satılır.
2024-cü ilin dövlət büdcəsində bir barrel neft 75 dollardan götürülüb, “AzəriLayt” yanvara 80,19, fevrala 86,28, marta 87,51, aprelə 91,85, maya 89,10, iyuna 82,75, iyula 90,06, avqusta 84,02, sentyabra 81,56, oktyabra 75,19, noyabra 73,85, dekabra 74,19 dollarla başlayıb.