2024-cü il oktyabrın 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 214,4 min nəfər göstərilib. Dövlət Statistika Komitəsi bildirir ki, Bakıda 2 milyon 349,8 min, Abşeron rayonunda 433,7 min, Sumqayıtda 427,6 min, Gəncədə 331 min, Lənkəranda 227,9 min, Masallıda 227,5 min, Cəlilabadda 218,7 min, Şəmkirdə 218 min nəfər əhali qeydə alınıb.
Hesabata görə, Şəkinin 184,6 min, Sabirabadın 181,5 min, Tovuzun 177,7 min, Ağdamın 175,5 min, Xaçmazın 175,1 min, Qubanın 171,1 min, Bərdənin 157,5 min, Salyanın 140,1 min, Ağcabədinin 136,7 min, İmişlinin 132,2 min, Füzulinin 131,3 min, Zaqatalanın 130,4 min, Yevlaxın 129,8 min nəfər əhalisi olub.
Əhalisi 100 min nəfəri ötən başqa bölgələr belə sıralanır: Kürdəmir – 119 min nəfər, Göyçay – 118,9 min nəfər, Şərur – 113,5 min nəfər, Astara – 112,6 min nəfər, Saatlı – 111 min nəfər, Qəbələ – 109,4 min nəfər, Ağdaş – 107,4 min nəfər, Biləsuvar – 107,2 min nəfər, Şamaxı – 106,3 min nəfər, Mingəçevir – 103,1 min nəfər, Qusar – 102,7 min nəfər, Goranboy – 102,2 min nəfər, Beyləqan – 102 min nəfər, Gədəbəy – 101,2 min nəfər, Balakən – 101 min nəfər.