• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Gürcüstan prezidenti necə seçiləcək?

  • 05 Noyabr 2024
  • comments
  • hikmet
  • Posted in Xəbər

Gürcüstanın növbəti prezidentini Seçicilər Kollegiyası seçəcək. Konstitusiyaya görə, 300 nəfərlik kollegiya ölkə parlamentinin deputatlarından, Acarıstan Muxtar Respublikasının və Abxaziya Muxtar Respublikasının (bu bölgə işğal altındadır) ali təmsilçi orqanlarının və yerli özünüidarəetmə qurumlarının nümayəndələrindən ibarətdir.

40 yaşına çatmış, ölkədə azı 15 il yaşamış şəxs prezident seçilə bilər. Namizəd göstərilmək üçün Seçicilər Kollegiyası üzvlərinin azı 30-nun imzası gərəkdir. İlk turda seçilməyə üçdə iki səs çoxluğu, ikinci turda seçilməyə sadə səs çoxluğu tələb olunur.

Prezidentin səlahiyyət müddəti 5 ildir. Eyni şəxs iki dəfədən artıq prezident seçilə bilməz.

Gürcüstanda prezident dövlət başçısı və ali baş komandandır, icra hakimiyyətinə isə baş nazir rəhbərlik edir.

İndiki prezident Salome Zurabişvili 2018-ci il noyabrın 28-i ümumxalq səsverməsində mandat alıb, dekabrın 16-da səlahiyyətlərinin icrasına başlayıb.

Ölkədə hökuməti proporsional üsulla (partiya siyahıları üzrə) seçilən qanunverici orqanda azı 76 mandatı olan partiya qurur. 2012, 2016 və 2020-ci illərin parlament seçkilərində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası qalib gəlib.

2024-cü il oktyabrın 26-da keçirilmiş parlament seçkisində Gürcü Arzusu 89 mandata sahib çıxıb. Müxalif qurumlar – Yeniliklər koalisiyası 19, Birlik – Milli Hərəkat koalisiyası 16, Güclü Gürcüstan koalisiyası 14, Gürcüstan Uğrunda Partiyası 12 mandatla göstərilib. Yeni seçilmiş parlament fəaliyyətə başlayandan sonra 45 gün ərzində prezident seçkisi keçirilməlidir. Ancaq müxalif qüvvələr 26 oktyabr seçkisinin nəticələrini qəbul etmir, beynəlxalq himayə altında yeni seçki keçirilməsi tələbi qoyur.

Neftsiz ixracda artım

  • 05 Noyabr 2024
  • comments

Xarici borc statistikası

  • 05 Noyabr 2024
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda