Energetika Nazirliyinin 5 noyabr məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 76,19 dollara satılır. Bu, büdcə qiymətindən 1,19 dollar yuxarı göstəricidir.
2024-cü ilin dövlət büdcəsində bir barrel neft 75 dollardan götürülüb, “AzəriLayt” yanvara 80,19, fevrala 86,28, marta 87,51, aprelə 91,85, maya 89,10, iyuna 82,75, iyula 90,06, avqusta 84,02, sentyabra 81,56, oktyabra 75,19, noyabra 73,85 dollarla başlayıb.
Beynəlxalq öhdəliyə görə, Azərbaycanın gündəlik xam neft hasilatı 551 min barreli ötə bilməz.
Kondensatla birlikdə neft hasilatı 2008-ci ildə 44,5 milyon ton, 2009-cu ildə 50,4 milyon ton, 2010-cu ildə 50,8 milyon ton, 2011-ci ildə 45,6 milyon ton, 2012-ci ildə 43,4 milyon ton, 2013-cü ildə 43,5 milyon ton, 2014-cü ildə 42 milyon ton, 2015-ci ildə 41,6 milyon ton, 2016-cı ildə 41 milyon ton, 2017-ci ildə 38,7 milyon ton, 2018-ci ildə 38,8 milyon ton, 2019-cu ildə 37,4 milyon ton, 2020-ci ildə 34,5 milyon ton, 2021-ci ildə 34,6 milyon ton, 2022-ci ildə 32,6 milyon ton, 2023-cü ildə 30,2 milyon ton, 2024-cü ilin yanvar-sentyabr aylarında 21,6 milyon ton göstərilib.