2024-cü il avqustun 1-nə Azərbaycan paytaxtında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 1267 manata çatıb. Hesabatı yayan Bakı Şəhər Statistika İdarəsi bildirir ki, yanvar-avqust aylarında sənayedə 35,4 milyard manatlıq istehsal və xidmət qeydə alınıb, ötən ilin eyni dövrünə nəzərən ticarət dövriyyəsinin həcmi 5 faiz, ictimai iaşə dövriyyəsinin həcmi və ödənişli xidmətlərin dəyəri real ifadədə 8,6 faiz artıb.
Dövlət Statistika Komitəsi 2024-cü il avqustun 1-nə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqını 1002,4 manat göstərib