2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanı 183 ölkədən 1 milyon 748 min nəfər ziyarət edib. Rəsmi məlumata görə, onların 28,7 faizi Rusiya, 16,2 faizi Türkiyə, 9,2 faizi Hindistan, 8,1 faizi İran, 4,4 faizi Səudiyyə Ərəbistanı, 4 faizi Gürcüstan, 3,3 faizi Qazaxıstan, 2,8 faizi Pakistan, 1,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,7 faizi Özbəkistan, 1,5 faizi Çin, qalanları başqa ölkələrin vətəndaşlarıdır.
Xarici ölkələrə yollanan Azərbaycan vətəndaşlarının sayı 1 milyon 458,6 min nəfər göstərilir, onların 42,2 faizinin Türkiyəyə, 20,5 faizinin Rusiyaya, 8,7 faizinin Gürcüstana, 8,4 faizinin İrana, 20,2 faizi başqa ölkələrə üz tutduğu bildirilir.
Hesabatı Dövlət Sərhəd Xidmətinə istinadla Dövlət Statistika Komitəsi yayıb.