Dövlət Statistika Komitəsinin hesabatına görə, 2024-cü ilin ilk yarısında Azərbaycanda 48702 nəfər doğulub, 29775 nəfər dünyasını dəyişib, hər 1000 nəfərə 9,6 doğum, 5,9 ölüm qeydə alınıb.
Dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ildə hər 1000 nəfərə 26,6 doğum düşüb.
1992-ci ildə hər 1000 nəfərə 25 doğum, 1993-cü ildə 23,7 doğum, 1994-cü ildə 21,4 doğum rəsmiləşib.
2011-ci il hər 1000 nəfərə 19,4 doğum, 2012-ci il 19 doğum, 1995-ci il 18,9 doğum, 2013-cü il 18,6 doğum, 2010-cu il 18,5 doğum, 2014-cü il 18,1 doğum, 2007-ci il 17,7 doğum, 2006-cı il 17,5 doğum, 2008 və 2015-ci illər 17,4 doğum, 2009-cu il 17,2 doğum, 1997-ci il 17,1 doğumla bitib.
1996 və 2005-ci illərdə hər 1000 nəfərə 16,9 doğum, 2016-cı ildə 16,5 doğum, 1998 və 2004-cü illərdə 15,9 doğum, 1999-cu ildə 14,9 doğum, 2017-ci ildə 14,8 doğum, 2000-ci ildə 14,7 doğum, 2018 və 2019-cu illərdə 14,2 doğum, 2003-cü ildə 13,9 doğum, 2001 və 2002-ci illərdə 13,7 doğum, 2020-ci ildə 12,7 doğum, 2022-ci ildə 12,2 doğum, 2021-ci ildə 11,2 doğum, 2023-cü ildə 11,1 doğum sənədləşib.
2021-ci ildə hər 1000 nəfərə 7,7 ölüm, 2020-ci ildə 7,6 ölüm, 1994-cü ildə 7,3 ölüm, 1993-cü ildə 7,2 ölüm, 1992-ci ildə 7,1 ölüm, 1995-ci ildə 6,7 ölüm, 1996-cı ildə 6,3 ölüm, 1991, 2005, 2006 və 2007-ci illərdə 6,2 ölüm, 1997-ci ildə 6,1 ölüm, 2003, 2004, 2008, 2010, 2012 və 2022-ci illərdə 6 ölüm, 1998, 1999, 2000, 2009, 2011, 2014, 2016, 2017 və 2023-cü illərdə 5,9 ölüm, 2013 və 2018-ci illərdə 5,8 ölüm, 2002 və 2015-ci illərdə 5,7 ölüm, 2001 və 2019-cu illərdə 5,6 ölüm olduğu açıqlanıb.