Avqustun 9-da növbədənkənar parlament seçkisinin təşviqat mərhələsi başlayıb.
Sentyabrın 1-də keçiriləcək seçkiyə 25 partiyanın təmsilçiləri və partiyasız iddiaçılar qatılıb. Rəsmi məlumata görə, 1052 namizəd qeydə alınıb.
Seçkidə qələbə üçün nisbi səs çoxluğu kifayət edir, yekunları Konstitusiya Məhkəməsi təsdiqləyir.
Parlamentin – 125 nəfərlik Milli Məclisin səlahiyyət müddəti 5 ildir. 1991-ci ildə dövlət müstəqilliyi bərpa olunandan bəri ölkədə 6 parlament seçkisi keçirilib. 1995-ci ilin seçkisi noyabrın ikinci bazar gününə, 2000, 2005, 2010 və 2015-ci illərin seçkiləri noyabrın birinci bazar gününə düşüb.
2016-cı ildə prezident Milli Məclisi buraxmaq səlahiyyəti alıb. 2019-cu il dekabrın 5-də beşinci parlament buraxılıb və altıncı parlament növbədənkənar səsvermədə – 2020-ci il fevralın 9-da seçilib.
Növbəti parlament seçkisinin 2024-cü il noyabrın 3-də keçirilməsi gözlənirdi. İyunun 28-də altıncı parlament buraxılıb, sentyabrın 1-nə növbədənkənar seçki təyin olunub.
Parlament seçkisinin dolaşıq tarixi
Parlament seçkisi irəli çəkilir
Parlament seçkisinin qaydaları
Konstitusiya Məhkəməsindən yaşıl işıq