Energetika Nazirliyinin 8 avqust məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 82,84 dollara satılır.
2024-cü ilin dövlət büdcəsində bir barrel neft 75 dollardan götürülüb, “AzəriLayt” yanvara 80,19, fevrala 86,28, marta 87,51, aprelə 91,85, maya 89,10, iyuna 82,75, iyula 90,06, avqusta 84,02 dollarla başlayıb.
Kondensatla birlikdə neft hasilatı 2008-ci ildə 44,5 milyon ton, 2009-cu ildə 50,4 milyon ton, 2010-cu ildə 50,8 milyon ton, 2011-ci ildə 45,6 milyon ton, 2012-ci ildə 43,4 milyon ton, 2013-cü ildə 43,5 milyon ton, 2014-cü ildə 42 milyon ton, 2015-ci ildə 41,6 milyon ton, 2016-cı ildə 41 milyon ton, 2017-ci ildə 38,7 milyon ton, 2018-ci ildə 38,8 milyon ton, 2019-cu ildə 37,4 milyon ton, 2020-ci ildə 34,5 milyon ton, 2021-ci ildə 34,6 milyon ton, 2022-ci ildə 32,6 milyon ton, 2023-cü ildə 30,2 milyon ton, 2024-cü ilin yanvar-iyul aylarında 16,9 milyon ton göstərilib.
Beynəlxalq öhdəlik ölkənin gündəlik xam neft hasilatı normasını 551 min barrel müəyyən edib.
Gündəlik hasilat OPEK+ koalisiyasının nəzarətindədir. OPEK-ə Birləşmiş Ərəb Əmirlikləri, Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Liviya, Qabon, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesuela daxildir, Azərbaycan, Bəhreyn, Braziliya, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan tərəfdaşlar sayılır.
Razılaşmaya görə, Azərbaycanın gündəlik xam neft hasilatı 2025-ci ildə də 551 min barreli ötə bilməz.
Qalan ölkələr üçün hasilat norması belədir: Səudiyyə Ərəbistanı – 10 milyon 478 min barrel, Rusiya – 9 milyon 949 min barrel, İraq – 4 milyon 431 min barrel, Birləşmiş Ərəb Əmirlikləri – 3 milyon 519 min barrel, Küveyt – 2 milyon 676 min barrel, Meksika – 1 milyon 753 min barrel, Qazaxıstan – 1 milyon 628 min barrel, Nigeriya – 1 milyon 500 min barrel, Əlcəzair – 1 milyon 7 min barrel, Oman – 841 min barrel, Malayziya – 401 min barrel, Konqo – 277 min barrel, Bəhreyn – 196 min barrel, Qabon – 177 min barrel, Cənubi Sudan – 124 min barrel, Bruney – 83 min barrel, Ekvatorial Qvineya – 70 min barrel, Sudan – 64 min barrel.