Azərbaycan Xalq Cəbhəsinin (AXC) qurulmasından 35 il ötür.
AXC 1989-cu il iyulun 16-da yaradılıb, Əbülfəz Elçibəy sədr, Canbaxış Umudov, Etibar Məmmədov, Ələkrəm Hümmətov, Hikmət Hacızadə, İsa Qəmbər, Leyla Yunus, Nemət Pənahlı, Nəcəf Nəcəfov, Pənah Hüseyn, Rəhim Qazıyev, Sabit Bağırov, Sülhəddin Əkbər, Tofiq Qasımov, Yusif Səmədoğlu, Zərdüşt Əlizadə İdarə Heyəti üzvləri seçiliblər.
1990-cı il yanvarın 8-də İdarə Heyəti qismən yenilənib: Arif Paşa, Dilarə Əliyeva, Etibar Məmmədov, Əlikram Əliyev, Firudin Səməndərov, Hikmət Hacızadə, İsa Qəmbər, Pənah Hüseyn, Rəhim Qazıyev, Sabir Rüstəmxanlı, Sabit Bağırov, Tofiq Qasımov, Yusif Səmədoğlu, Vurğun Əyyub.
1991-ci ildə İdarə Heyəti ləğv edilib, İcraiyyə Komitəsi yaradılıb. Bu quruma əvvəl İsa Qəmbər müvəqqəti rəhbərlik edib, sonra sədr postunu ardıcıllıqla Pənah Hüseyn, Tofiq Seyidov, Fərəc Quliyev, İbrahim İbrahimli tutublar.
AXC Ali Məclisinə bu şəxslər sədrlik edib: Tamerlan Qarayev, Arif Hacılı, Qulamhüseyn Əlibəyli.
AXC 1992-1993-cü illərdə hakimiyyətdə olub. Sədr Əbülfəz Elçibəy prezident postunu tutub.
AXC 1995-ci ildə partiyaya çevrilib. Həmin quruma – AXCP-yə əvvəl Əbülfəz Elçibəy sədrlik edib.
2000-ci ildən Əli Kərimli AXCP lideridir, 2001-ci ildən başlayaraq hər qurultayda sədr seçilib.
AXC rəhbərliyində təmsil olunmuş şəxslərin 11-i dünyasını dəyişib. Dilarə Əliyeva 1991-ci ildə avtomobil qəzasında həlak olub, Yusif Səmədoğlu 1998-ci, Nəcəf Nəcəfov 1999-cu, Əbülfəz Elçibəy 2000-ci, Əlikram Əliyev 2011-ci, Vurğun Əyyub, Firudin Səməndərov 2019-cu, Tofiq Qasımov, Hikmət Hacızadə 2020-ci, İbrahim İbrahimli 2021-ci, Ələkrəm Hümmətov 2022-ci ildə vəfat edib.